Kadıköy Bələdiyyə Başçısı: LGBTİ+lərin hüquqlarını sona qədər qoruyacağam
Kadıköy Bələdiyyə Başçısı Şerdil Dara Odabaşı Kadıköy Bələdiyyə Məclisi AKP Qrup sədr müavini Ahmet Koyunoğlunun ayrı-seçkilik xarakterli açıqlamalarına reaksiya verib
18/Feb/22
1790
Kadıköy Bələdiyyə Başçısı: LGBTİ+lərin hüquqlarını sona qədər qoruyacağam
Kadıköy Bələdiyyə Başçısı Şerdil Dara Odabaşı Kadıköy Bələdiyyə Məclisi AKP Qrup sədr müavini Ahmet Koyunoğlunun ayrı-seçkilik xarakterli açıqlamalarına reaksiya verib.
Kadıköy Bələdiyyə Məclisi AKP Qrup sədr müavini Ahmet Koyunoğlu bələdiyyə məclisində etdiyi çıxışında LGBTİ+lərin Yerli Bərabərlik Fəaliyyət Planına daxil edilməsini tənqid edərək "Şerdil başqanın gözlərinin içinə baxaraq mövzu ilə əlaqəli sualım olacaq. Kadıköy Bələdiyyəsinin Yerli Bərabərlik Fəaliyyət Planında 6 yerdə LGBT-ni təşkilatlandıran broşura və afişalar və onu normallaşdıran hədəflər var. Bu məqsədlər sosial mədəniyyətimizə, əxlaqımıza, adətlərimizə ziddir” ifadələrindən istifadə edib.
Koyunoğlunun ayrı-seçkilik dolu çıxışına: “Biz azğın üstünlükləri normal bir şey kimi təqdim etməkdən başqa, yeni üçüncü gender kimi təqdim edərək bunu qanuniləşdirmək cəhdini rədd edirik. Bir də Şerdil başqan, bu LGBT marağı nədir? Cənab başqan, LGBT marağı nədir? sözləri ilə davam edib.
Kadıköy Bələdiyyə Başçısı Odabaşı reaksiya verib.
Koyunoğlunun ayrı-seçkilik xarakterli açıqlamalarına əvvəlcə oturduğu yerdən reaksiya verən Kadıköy Bələdiyyə Başçısı Şerdil Dara Odabaşı daha sonra çıxışı zamanı bu sözlərə münasibət bilidirb və “LGBT-lərə xüsusi marağın varmı” sualına “Bəli, var”, deyə cavab verib.
Şerdil Dara Odabaşı çıxışında bunları qeyd edib:
“LGBT-lərə xüsusi marağın varmı? Bəli var. Kadıköydə imkansız olan, Kadıköydə köməyə ehtiyacı olan, Kadıköydə ayrı-seçkiliyə məruz qalanın yanındayam. Onların yanında dayanmaqdan şərəf və qürur duyuram. CHP-li bələdiyyə olaraq, sosial demokrat bir bələdiyyə başqanı olaraq heç kimin dini, dili, irqi və seksual seçiminə görə ayrı-seçkilik etmirik. Etmərəm, elətdirmərəm. Biz ayrı-seçkilik etməzik. Yerli Bərabərlik Fəaliyyət Planımızda müəyyən etdiyimiz hədəflər və fəaliyyətlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn müxtəlif inkişaf edən ehtiyacların həlli yollarını tapmaq üçün bərabərliyə əsaslanan fəaliyyətlərdir.”
Powered by Froala Editor