Rusiya işğaldan sonra LGBTİ+ləri öldürmək planı hazırlayır
Rusiya işğaldan sonra LGBTİ+ ukraynalıları öldürmək planı hazırlayır, ABŞ rəsmisi iddia edib
21/Feb/22
1214
Rusiya işğaldan sonra LGBTİ+ ukraynalıları öldürmək planı hazırlayır, ABŞ rəsmisi iddia edib
ABŞ rəsmisi xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal edərsə, tanınmış siyasi opponentləri, antikorrupsiya fəallarını və LGBTİ+lər kimi “həssas əhalini” hədəfə ala bilər.
Foreign Policy xəbər portalına anonim danışan rəsmilərdən biri Rusiyanın ölkənin fəaliyyətlərinə qarşı çıxan hər kəsi hədəf alması "ehtimalını" izah edib.
O deyib: “Keçmişdə də olduğu kimi, Rusiyanın qorxu və repressiya yolu ilə insanları əməkdaşlığa məcbur etməyə çalışacağını gözləyirik”.
Onun sözlərinə görə, keçmiş Rusiya əməliyyatlarında bu, özünü “məqsədli qətllər, adam oğurluğu/məcburi itkin düşmələr, həbslər və işgəncələrdən istifadə” ilə göstərib.
Onun sözlərinə görə, Rusiyanın ehtimal olunan hədəfləri siyahısında “Ukraynada sürgündə olan rus və belarus dissidentləri, jurnalistlər və antikorrupsiya fəalları, dini və etnik azlıqlar və LGBTQİ+ şəxsləri kimi həssas əhali” var.
Ağ Evin "siyahının nə qədər formalizə olunmasından təəccübləndiyi" deyilir.
Powered by Froala Editor