"İnklüziv" Mançesterə köçən gey kişi "qız gödəkçəsi" geyindiyinə görə döyülüb

"İnklüzivliyinə" görə İngiltərənin Mançester şəhərinə köçən gey kişi qəddar hücuma məruz qaldıqdan sonra ölümə tərk edilib.

22 yaşlı dəstək işçisi Morgan Fevre 10 aprel hücumundan sonra beynində qanaxma, üç sınıq diş və burun, yanaq sümüyü və göz yuvasında çoxsaylı qırıqlardan əziyyət çəkib. 

O, erkən saatlarda dostları ilə çöldə olub, bir kişi Morqandan niyə "qız gödəkçəsi" geyindiyini soruşub və onu "s****miş p***x" adlandırıb.

Atası Paul Fevre PA News agentliyinə deyib: “Bu, onun xatırladığı son şeydir. 2022-ci ildə insanların bu adlarla çağırılması və onların başına belə şeylər gəlməsi – bu, tamamilə dəhşətlidir.”

Nottingemşirin Retford şəhərində kiçik bazar qəsəbəsindəki evlərindən qaçaraq çıxan Paul və anası Dawn oğullarının Salford Royal xəstəxanasının çarpayısında uzandığını görəndə şoka düşüblər.

"Biz Morqanın orada uzandığını görəndə ürəyimiz tamamilə parçalandı - hər yerdə borular, hər yerdə naqillər", - deyə Paul xatırlayıb.

"Hadisə homofobik şəkildə ağırlaşdırılmış hücum kimi qiymətləndirilir və GMP-nin Mançester şəhərinin Cinayət Axtarış Departamenti tərəfindən araşdırılır."

Təxminən 25,000-35,000 sakinin kuir olduğu Mançester çox vaxt Britaniyanın ən LGBTİ+dostu şəhərlərindən biri hesab olunub.



Powered by Froala Editor