Qaradərili trans yeniyetmə partidə “dostunu qəhrəmancasına qoruyarkən” güllələnib

Qaradərili trans yeniyetmə Virciniya ştatında əyləncə gecəsində dostunu müdafiə edərkən güllələnib.

17 yaşlı Ariyanna Mitchell aprelin 2-də səhər saatlarında Virciniya ştatının Hampton şəhərində əyləncə gecəsi zamanı davaya müdaxilə edərkən zorakılıqla öldürülüb. İddiaya görə, Mitchell-in ölümündə şübhəli bilinən Jimmy Leshawn Williams Mitchell-in dostu ilə sevgilisi arasında mübahisə zamanı yeniyetməni güllələyib. WAVY xəbər verir ki, o, trans gənci öldürüb və misgenderinq edib.

Mitchell-in rəfiqəsi xəbər portalına bildirib ki, əsas hədəf o olub, belə ki, Williams-ın sevgilisi “boyfrendini gətirərək məni və bu evdəki hər kəsi güllələyəcək” deyə  təhdid edib. 

WAVY tərəfindən görülən məhkəmə sənədlərində şahidlərin polisə dediyinə görə, 19 yaşlı Williams Mitchell-in gender kimliyini şübhə altına aldığını iddia edib və ona bir neçə dəfə atəş açıb.

Hampton Polisi hadisə ilə bağlı açıqlama yayıb və Mitchell-in hadisə yerində öldüyünü, onun misgender olunduğunu bildirib. Polis aprelin 9-da Williams-ı həbs edib və onu həm cinayətdə, həm də odlu silahdan istifadə etməklə ağır cinayət törətməkdə ittiham edib.



Powered by Froala Editor