“Bədənimə günəş” - film nümayişi
Bədii film lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisiylə münasibətləri qaydasında olmayan gey oğlanın hekayəsini danışır
17/May/22
1897
“Bədənimə günəş” - film nümayişi
Minority Azerbaijan olaraq sizi 17 may - Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü (IDAHOT Day) münasibətilə “Bədənimə günəş” adlı filmin premyerasına dəvət edirik.
Bədii film lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisiylə münasibətləri qaydasında olmayan gey oğlanın hekayəsini danışır. Film boyunca biz onların çətinliklər qarşısında yaşadıqları duyğulara və aldıqları qərarlara şahidlik edəcəyik.
Rejissor və ssenarist: Miray Dəniz İsmayıl
Operator: Nigar Səfərova
Montaj: Nigar Səfərova
Film Minority Azerbaijan layihəsi çərçivəsində çəkilmişdir. Filmin nümayişi Baku Community Space-lə əməkdaşlıq çərçivəsində və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutur.
Nümayiş sonrasında qonaqlara içki və qəlyanaltılar təqdim olunacaq.
Vaxt: 17 may, saat 19.00
Ünvan: Baku Community Space, SAT Plaza, Bəşir Səfəroğlu küçəsi, 133, 7-ci mərtəbə.
Yerlər məhdud olduğu üçün qonaqların nümayiş saatından əvvəl məkanda olması xahiş olunur.
Filmin treylerini buradan izləyə bilərsiniz.
Powered by Froala Editor