Yeniyetmə 71 yaşlı kişinin gey olduğunu düşündüyü üçün üzünə bıçaqla xəsarət yetirdiyini etiraf edib

Fransada yaşlı bir kişinin gey olduğunu düşündüyü üçün üzünə bıçaqla xəsarət yetirdiyi iddia edilən yeniyetmə adam öldürməyə cəhdə görə həbs edilib.

İyulun 16-da səhər saat 5:15 radələrində 71 yaşlı kişi Renn yaxınlığındakı Betton kommunasında dairəvi yolda yerdə uzanmış vəziyyətdə tapılıb.

Zərərçəkənin üzünə 6 bıçaq zərbəsi vurulub və üz sümüklərində çoxsaylı sınıqlar olub. Xoşbəxtlikdən o, amansız hücumdan sağ çıxıb.

Polisin Le Mansdan olan 18 yaşlı və Renndən olan 17 yaşlı  iki şübhəlini zərərçəkmişdən oğurladıqları avtomobili idarə edərkən aşkar etməsi çox çəkməyib.

17 yaşlı gəncin hücumda əli olmasa da, 18 yaşlı gəncin yetkin kimi mühakimə olunacağı bildirilib. 

Rennes şəhərinin dövlət ittihamçısı Filip Astruc mediaya açıqlamasında deyib: “Zərərçəkmişin seksual oriyentasiyasına görə adam öldürməyə cəhd və silahlı quldurluq maddələri ilə cinayət işi açılıb”.

Dindirilmə zamanı şübhəli şəxs zərərçəkmişlə iyulun 14-nə keçən gecə görüşdüyünü, iki gün sonra yenidən görüşmək üçün razılaşdıqlarını bildirib.

Şübhəli şəxs “zərərçəkmişi avtomobildə bıçaqladığını” etiraf edib.  Dövlət ittihamçısı bunu zərərçəkmişin “homoseksual olması ehtimalı... həm də [avtomobili] oğurluq məqsədi ilə”, - etdiyini bildirib. 

Təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.


Mənbə: PinkNews



Powered by Froala Editor