Nəfəs LGBTİ: Əvəz Hafizlinin məhkəmə prosesindəki yaşadıqlarımız

Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni podkastı təqdim edib. Podkastın mövzusu Əvəz Hafizlinin məhkəmə prosesindəki yaşanılanlar olub. Bu dəfəki podkast yazısında Nigar və qonaq qismində dəvət olunan “QıyVaar”-ın təsisçisi, LGBTİ+ aktivist Əli Məlikovla birgə nifrət cinayətinin qurbanı Əvəz Hafizlinin xatirələri, aktivizm keçmişi və məhkəmə prosesində baş vermiş ayrı-seçkiliklər haqqında danışıblar. 

Linkə keçid edərək, podkastı dinləyə bilərsiz. 


Nəfəs LGBTİ Azərbaycan Alliansı sosial dəyişiklik, ictimai təşkilatlanma, təhsil və siyasi islahatların aparılması, aparıcı multi-məsələlər istiqamətində fəaliyyət göstərən təşəbbüs qrupudur. 2012 – cu ildə yaradılan təşkilatın əsas məqsədi xüsusən LGBTİQ+lərin, qadınların və digər müxtəlif icmaların ayrı – seçkiliyə və təcrid olunmağına son qoymaqdır. Nəfəs Azərbaycanda vətəndaş cəmiyyətinin daxili müxtəlifliyini, təcrid olunan şəxslərin ictimai həyata fəal inteqrasiyasını təşviq edir. 



Powered by Froala Editor