Nəfəs LGBT Azərbaycan Alyansı 23 fevral Gəncədə LGBTİ mövzulu görüş keçirəcək.

Sosial, səhiyyə, ailə-məişət, işgüzar mühitdə LGBT-lərin vəziyyəti mövzularında müzakirələr aparılacaq. Maraqlı olan hər kəs görüşə qatıla bilər.

Gəncədə və yaxın bölgələrdən olan LGBTİ fərdləri görüşə dəvətlidirlər. 

Bundan əlavə, görüşdə Gəncədə LGBTİ icması ilə Novruz bayramının təşkili haqqında danışılacaq. Çox maraqlı olacaq.

Pozitiv, əyləncəli, olduqca maraqlı görüş olacaq.

Özünüzə qapanmayın, bir-birinizdən çəkinməyin. Qaynayın-qarışın, əhatənizi artırın ki, tək olmadığınızı, sizi başa düşəcək, lazım gələrsə, yanınızda olmağa hazır nə qədər insanın olduğunu görəsiniz.

Görüşdə iştirak etmək istəyənlər Nəfəs LGBT Azərbaycan Alliyansı ilə Facebook üzərindən əlaqə saxlasın.