Feminizm 101: İqlim İrqçiliyi nədir?

Bu məqalə Alexandra Baran tərəfindən femmagazine.org platforması üçün yazılmış məqalənin tərcüməsidir.

İqlim dəyişikliyi həm sözün tam mənasıyla, həm də məcazi mənada dünyada fırtınaya səbəb olur. Ətraf mühit böhranı çərçivəsində aktivizm sürətlə artır və bütün medialar iqlim islahatlarına təkan verməyə çalışır. İqlim böhranının geniş yayılmasına baxmayaraq, ekoloji fəallıq ona ən çox ehtiyacı olan icmalar üçün çox vaxt əlçatmaz olur.

Ekoloji irqçilik 1970-1980-ci illər arasında Benjamin Chavis tərəfindən belə təsnif edilib: “Ekoloji siyasətin formalaşmasında irqi ayrı-seçkilik, qaydaların və qanunların tətbiqi, zəhərli tullantı obyektləri üçün ağdərili olmayan icmaların qəsdən hədəf alınması, həyati təhlükəsi olan zəhərlərin mövcudluğuna rəsmi icazə verilməsi kimi müəyyən edilmişdir və icmalarımızdakı çirkləndiricilər və ağdərili olmayan insanların ekoloji hərəkatların liderliyindən kənarlaşdırılmasının tarixidir.”

Sadə dildə desək, ağdərili olmayan icmalara zərər verən, irqi ayrı-seçkilik yaradan ekoloji siyasət və təcrübələrdir. EPA-nın (Ətraf Mühiti Mühafizə Agentliyi) Ətraf Mühitin Qiymətləndirilməsi ağdərili olmayan insanların çirkləndiricilərin yaxınlığında yaşama ehtimalının daha çox olduğunu və yoxsulluq içində yaşayanların daha çox hava çirklənməsinə məruz qaldığını bildirir. Ağdərili olmayan icmalar yüksək səviyyəli çirkləndiricilərə məruz qalma riski olan ərazilərə bölüşdürülür. İrqçi siyasətlər və ağdərili olmayan icmaların yaxınlığında təhlükəli, zəhərli tullantıların utilizasiyası üçün toksik obyektlərin tikintisinə imkan verir.

Ekoloji irqçilik institusionallaşmış irqçilikdən, imkanlar, gəlirlər, təhsil, sosial və siyasi institutlardakı bərabərsizliklər kimi ağdərili olmayan insanlara qarşı təzyiqdən qaynaqlanır. İnstitusional irqçilik ətraf mühit siyasətinin rəngli dərili icmalara qarşı daha da ədalətsizliyə yol açır.

Bu icmalar həyat keyfiyyətlərinə ciddi təhlükələrlə üzləşirlər, o cümlədən təmiz və ya əlçatan suyun olmaması, ətraf mühitə ziyan vuran yerlərdə yaşamaq (məsələn, daşqınlar, yanğınlar, zəlzələlər və s.). Onlar həmçinin təhlükəli tullantıların atıldığı yerlərin çirkləndiricilərinə məruz qalmaqdan əziyyət çəkirlər. Daha da pisi odur ki, bu icmalar həm də siyasi və sosial rəhbər vəzifələrdə təmsil olunmamaq ilə üzləşirlər.

Təmsilçiliyin olmaması, ağdərili olmayan icmalara hökumət tərəfindən maliyyə çatışmazlığı ilə yanaşı, ağdərili olmayan insanların (AOİ) evlərindəki təhlükəli siyasətlərə və tullantılara qarşı çıxmasını çətinləşdirir. Ağdərili olmayan insanlar ekoloji siyasətin hazırlanmasında əlverişsiz vəziyyətə salındığından, suburbanizasiya (şəhər ətrafına köçmə) və centrifikasiya inkişaf edir.

Suburbanizasiya ağdərililərin çirklənmiş daxili şəhərlərdən daha təmiz və təhlükəsiz şəhərətrafı ərazilərə köçməsi və ağdərili olmayan icmaları pis şəraitdə yaşamağa qoymasıdır, çünki bir çoxları iqtisadi cəhətdən buna əməl etmək iqtidarında deyillər. Suburbanizasiya centrifikasiya ilə əl-ələ verir, yəni aztəminatlı məhəllələr firavan biznesləri yenidən tətbiq etməklə transformasiya olunur. Nəticədə iqtisadi dəyərin artması aztəminatlı ailələri və icmaları sıxışdırır. Həm centrifikasiya, həm də suburbanizasiya aşağı gəlirli insanlar və ağdərili olmayan insanlar arasında daha da bərabərsizliyə səbəb olur.

Ekoloji irqçilik təkcə mərkəz şəhərlərdə problem deyil, həm də yerli Amerika icmalarına təsir göstərir. Ən son nümunə Dakota Access boru kəməridir. Bu kəmərin tikintisi Şimali Dakotada neft bumunu artırmaq üçün nəzərdə tutulmuşdu. Onun plan xəritəsi əsas su mənbəyinin və Dik Qaya Siu qəbiləsinin müqəddəs saydığı məzarlığının altından keçir.

Həmişə olduğu kimi, daha çox pula ehtiyacı olan ağ kişilərin rifahını artırmaq üçün yerli Amerika ərazisi işdən çıxarılır. Boru kəməri qəbiləyə hörmətsizlik edir və Qaya Siu qəbiləsi və ətrafdakı canlılar üçün yaxınlıqdakı su mənbəyini çirkləndirəcək boru kəmərinin partlaması riski daşıyır.

2016-cı ilin dekabrında prezident Obama kəmərin tikintisinə icazəni ləğv edib. Lakin qısa müddət sonra Prezident Tramp tikintiyə təkrar icazə verib. Bu, Dik Qaya Siu qəbiləsi üçün davam edən döyüş olub və idarəçilər boru kəmərinin yerli amerikalılara və ətraf mühitə fəlakətli təsirlərini, məsələn, su mənbəyini zəhərləyə biləcək boru kəmərinin partlaması riskini etiraf etməkdən imtina etdikləri üçün davam edib. Eləcə də ətrafdakı vəhşi təbiəti öldürüb. İki il sonra - 2019-cu ildə anti-DAPL etirazçıları hələ də ittihamlar ilə üzləşir. Lakin etirazçılar boru kəmərinin tikintisi ətrafında polis hakimiyyəti tərəfindən üzləşdikləri zorakılığa qarşı mülki iddialar qaldıraraq mübarizəni davam etdirirlər.

İqlim dəyişikliyi qorxuları getdikcə yaxınlaşan reallığa çevrildiyi üçün ekoloji islahatlara təkan artır. Sosial medianın fərqindəliyi təşviq edə biləcəyini bilmək bütün dünyada dəyərli dəyişikliklərə təkan verib. Bununla belə, sıfır tullantı və şəxsi ətraf mühitə təsir barədə ifrat şüurlu davranış hekayəsi, əsasən yuxarı-orta təbəqədən olan ağdərili qadınlar tərəfindən davam etdirilir. Həyat tərzində edilən dəyişikliklər dəyərli olsa da və insanın ətraf mühitə fərdi təsirinə kömək etsə də, buna hər bir insanın nail ola biləcəyi biləcəyi fərziyyəsi dayazdır və imtiyazlı düşüncə tərzindən irəli gəlir.

Qlobal səviyyədə ekoloji irqçilik dünyanın hər bir ölkəsinə təsir göstərir. Malayziya AvroAmerika ölkələrinin məsuliyyəti başqasına ötürmək üçün qanunsuz olaraq onların üzərinə atdıqları bütün zibilləri geri göndərəcəklərini açıqlayıb. Oyan, Amerika! Ətraf mühitə qarşı şüurlu olmaq belə deyil. Amerika hər zaman olduğu kimi Malayziya kimi inkişaf etməkdə olan ölkələrdən faydalanır və bu ölkələrin kifayət qədər imkanı var. Korporasiyalarda, sənayeləşmədə və cəmiyyətdə zibil və tullantılarla bağlı islahatlar aparmaqdansa, acgöz Amerikanın zibillərinin daha az dəyərli hesab edilən bir ölkəyə atılması daha asandır (və daha ucuzdur).

Korporativ tamah ekoloji tullantılara ən böyük təsirdir. Korporasiyalara ətraf mühitdə təkrar emal olunmayan və ya parçalana bilməyən ucuz məhsullar və plastik istehsal etmək üçün böyük pullar verilir. Hökumət və cəmiyyət korporasiyaları ətraf mühitə dəyən zərəri ödəməyə məcbur edə bilmir, çünki bu korporasiyalar dövlət məmurlarını maliyyələşdirir. Bu, korrupsiya və xəsisliyin sonsuz bir dövrüdür. Ancaq bu, ekoloji böhranı davamlı olaraq gündəlik insanın çiyninə sıxmağa çalışan eyni cəmiyyətdir.

Ağdərili olmayan insanlar ekoloji siyasətlərin ayrı-seçkiliyinə məruz qalmasa və ağ qadınların yayımladığı kimi həyat tərzlərində eyni dəyişiklikləri edə bilsə belə, ətraf mühitin kütləvi şəkildə pisləşməsi fərdlərin üzərinə düşə bilməz. Korporativ xəsislik səbəbindən çirklənmənin aradan qaldırılması hamımızın qarşılaşmalı olduğumuz əsl canavardır.

Sosial media dünyasında fərdlərin seçimlərinə ayırdığımız diqqət veqan, sıfır tullantı və ya digər əlçatmaz həyat tərzi dəyişikliklərini qəbul edə bilməyən insanları özümüzdən uzaqlaşdırır. Bu həyat tərzi dəyişikliklərində iştirak edə bilən insanlar ekoloji ədalətsizlikdən ən az təsirlənən insanlardır.

Beləliklə, bəli, plastikdən mümkün qədər imtina etmək və insanlara alternativ tapmaqda kömək etmək çox gözəldir. Ancaq siyasətin onlara tətbiq etdiyi ayrı-seçkilikdən sağ çıxmağa çalışan, hətta buna diqqətini cəmləşdirən insanlara hörmətsizlik etmək özünü fəal adlandıran hər kəs üçün pis davranışdır. Ekoloji böhranın sona çatmasına fərdi töhfə vermək effektiv ola bilər, lakin bu, yalnız saman istifadəsi ilə bağlı mübahisələr vasitəsilə əldə olunmayacaq. Gündəlik satınalmalar etdiyiniz korporasiyalar ən çox zərər verənlərdir, lakin sizi günahlandıranların cibinə pul qoyur. Əsas diqqətinizi o korporasiyalara yönəldin ki, onlar həm ekoloji tullantıların böyük faizinə cavabdehdir, həm də ağdərili olmayan insanlar üçün zərərverici ətraf mühit siyasəti həyata keçirən şəxsləri lobbi etmək üçün pul xərcləyirlər.

Ekoloji ədalət uğrunda mübarizə davam edir. Həyatımızda, mədəniyyətlərimizdə, siyasətlərimizdə, cəmiyyətimizdə və planetimizdəki dəyərlərimizdə davamlılıq uğrunda mübarizə bütün insanlar üçün bərabər olmalıdır. Ekoloji ədalət uğrunda mübarizə irqi ədalət uğrunda mübarizəni əhatə etmirsə, ekoloji irqçilik, ağ olmayan icmalara qarşı ədalətsizliyə səbəb olmağa davam edəcək.


Tərcümə: Əli Məlikov, Emili Hacızadə



Powered by Froala Editor