Xarkovda LGBTİ+ Qürur Yürüşü keçirilib

Müharibənin davam etməsinə baxmayaraq, sentyabr ayının 25-də Xarkovda LGBTİ+ qürur yürüşü baş tutub.  Bu barədə Trans* Koalisiyası xəbər verib. Bu il təhlükəsizlik məqsədi ilə tədbir metroda keçirilib. Aksiya iştirakçıları metronun hər üç xətti boyunca keçib, yürüşə qoşulanları polis müşayiət edib.

Builki Kharkiv Pride qürur yürüşünün əsas mövzularından biri müharibə əleyhinə bəyanatlar, eləcə də LGBTİ+lər üçün bərabər hüquq tələbləri olub. Aksiyada 30-a yaxın insan iştirak edib.




Powered by Froala Editor