Barbaros Şansal ilə Müsahibə
Minority jurnalının ikinci sayı üşün Türkiyəli məşhur dizayner və aktivizt Barbaros Şansaldan müsahibə almışdıq.
23/Dec/18
7984
"Düşündüyünüz dildə sevişin, düşməninizin dilində isə savaşın. Qorxmadan!"
1. Barbaros Şansal bu gün kimdir?
Wikipediyaya baxanda çox az məlumat var, Googleda yazanda isə bir sıra lazımsız və axmaq xəbərlər tapmaq olar. Faşist və istismarçı ölkələrdən soruşmaq lazımdır. Bir də moda dünyasından.
Bu gün kim olduğum deyil, nəçi olduğum danışılmalıdır. Dərzi, Aktivist, Təbiət qoruyucusu və insan haqqları müdafiəçisi.
2. Yaratdığınız geyimlər zamana, yoxsa sizin kiminliyinizə uyğun hazırlanır?
Mən geyimlərə ikinci dəri kimi baxıram. Moda insanların cinsəl, dini, fiziki, mədəni və siyasi xəbərləşmə biçiminə verilən addır. Ona görə də geyimlərdə zaman qavramı olmamalıdır. Bu günlə uyuşmalı və sağlam olmalıdır, gerisi boşdur.
3. Heyvanlara olan sevginizin bir qaynağı varmı? Onların sizin yardımınıza ehtiyacı olduğunu nə vaxt anladınız?
İnsanları tanıdıqca heyvanları daha çox sevdim. İnsan da zatən məməlilər sinifindən törəyən mövsümü olmayan bir heyvandır mənə görə. Heyvanları sevməyimin əsl səbəbi isə bütlər, ibadətxanalar inşa etməmələri, ətraf mühiti məhv etməmələri və kainatla təşkil etməarmoniyada olmalarıdır
4. Türkiyə və Azərbaycan mədəni, dini və dil baxımından çox yaxın olsalar da, Türkiyədə LGBT haqqları daha çox qorunur. Sizcə bu nə ilə əlaqləlidir?
Hər iki ölkədə LGBT fərdləri ağır basqı altındadır. Evangeliyanın və Cudeoxristiyanlığın basqısı üzündən LGBT insanlar sıxışdırılır. Necə ki, əngəlli insanların, alimlərin və revalusyanerlərin sıxışdırıldığı kimi.
5. Homoseksual olduğunuzu mediyada açıqladıqdan sonra həyatınızda nələr dəyişdi?
Mediya mənə o qədər də maraqlı deyil. Onlar hər zaman sözlərdən sperma və ya qan axıdaraq mənfəət qazanırlar, meşələri qıraraq kağız satar və mürəkkəblə zəhərləyərlər. Mən homoseksual olduğumu heç vaxt gizlətməmişəm. Bildirmək istəyirəm ki, homofobiya islamafobiyadan daha təhlükəlidir.
6. Sizcə Türk toplumu eynicinsi evliliyə hazirdırmı və keçiləcək hansı əngəllər var?
Türk toplumu eynicinsi insanların nigahına çıxdan hazırdır. Bülənt Ərsoy qadın olan kimi ailə qurdu.
7. Bülənt Ərsoya qarşı işlətdiyiniz transfobik sözlər şəxsi münaqişəyə söykənir, yoxsa bütün transseksuallar haqqında o cür fikirləşirsiniz?
Bülənt Ərsoyu 40 ildir ki, tanıyıram və hələ də atolyemizə və dəfilələrimizə gəlir, ancaq onun üçün geyim tikmərəm. Borcuna çox da sadiq deyil. Mənim üçün əməyə hörmət çox vacibdir. Transfobik məsələ isə çox gülüncdür. Bunu idarə heyətində olduğum Pembe Hayat adlı dərnək öz reklamı üçün yayıb və beləliklə məni dərnəkdən uzaqlaşdırıblar. İlk öncə öz aralarında bir qərara gəlib ayrıseçkilikdən kənarlaşmalıdırlar, çünki əxlaq və xeyirxahlığın cinsəlliklə heç bir əlaqəsi yoxudur.
8. Türkiyədə transseksual qadın və ya kişi olmaq necə bir şeydir?
Türkiyə və ya Azərbaycan fərq etmir, gecələr bulvarlar, parklar, gündüzlər isə saunalar və hamamlara baxın. Hər iki toplumda nə qədər homoseksualın və transeksualların olduğunu görəcəksiniz.
9. Azərbaycan LGBT haqqları məsələsində Avropa ölkələri arasında ən son yerlərdədir. Bakıya ziyarətinizdə bunu hiss etdinizmi?
Bakı ziyarətlərimdə (illərdir) belə bir basqı hiss etmirəm. Çünki ətrafımızda həmişə cangüdənlər olur və bizimlə olan insanlar varlı və güc sahibi şəxslər olur. Azərbaycan insan haqqları və siyasi azadlıq məsələlərində təəssüf ki, Türkiyədən çox geridədir. Neftlə oksigenin (azadlığın) üz-üzə gəlməsi təhlükəlidir, yanğın çıxa bilər.
10. LGBT insanlar arasında intihar halları çox yayılıb. Sizcə bunun qarşısını necə almaq lazımdır?
LGBT ilə intihar arasındakı əlaqə məncə yalnışdır. İntihar bir haqqdır, necə ki eftonaziya. Yaşarkən üzərində kontrol qurulmayan yeganə varlığımız hələlik bədənimizdir. Necə ki, yaşamaq bizdən soruşulmadan var olursa, ölmək də mənə görə bir haqqdır.
11. Minority jurnalının oxucularına sözünüz.
Düşündüyünüz dildə sevişin, düşməninizin dilində isə savaşın. Qorxmadan!