Oslo Grace - Nonbinar model
Oslo Grace binar gender sisteminə sığışmayan gənc modeldir.
07/Feb/19
7734
Oslo Grace son dönəmlərdə gündəmdə olsa da, onun professional model fəaliyyəti əslində bir neçə il öncə başlayıb. O, ilk dəfə 2017-ci ilin Yanvar ayında Moschino brendinin qış kolleksiyasının təqdimatı zamanı podiuma çıxıb. Ondan sonra isə Gucci brendinin kolleksiya təqdimatında əlində əjdaha balası ilə nümayişə çıxmışdı.
Ən son çıxışını isə Kenzo brendi üçün edib və maraqlısı həmin şouda o həm qadın, həm də kişi kolleksiyasından olan nümunələri nümayiş etdirib. Oslo nonbinar kimliyə malikdir. Nonbinar şəxslər özlərini heç bir cinsə aid etmirlər və xitab zamanı işlənən əvəzliyin cinsiyyət daşımayan, bəzi dillərdə cəm halında olan sözlər olmasını istəyirlər. İngilis dilində çox zaman “they” yəni “onlar” əvəzliyi işlədilir.
"Mən sadəcə model kimi fəaliyyət göstərmək, bacardığım insanlarla görüşmək, bacardığım şəxslərə yardım etmək və bacardıqlarımı düşünməyə vadar etmək istəyirəm. Bu o vaxta qədər davam edəcək ki, mənim kimi insanlar normal, adi qarşılanacaq."