Rusiyada “Mən axtarmağa gedirəm” ilk kvir-veb-serialı pilot seriyalarını yayımladı    

                                                 “Fensi Prodakşen” komandası “Mən axtarmağa gedirəm” adlı Rusiyada ilk kvir-veb-serialın üç pilot mini-epizodunu təqdim etdi. Onlardan birincisində Suren adlı kuryer kvir-şənliyin keçirildiyi mənzilə pizza çatdırır, səhər isə orada çılpaq vəziyyətdə yad oğlanla oyanır.

Hər mini-seriyanın uzunluğu iki dəqiqədir. “Mən axtarmağa gedirəm” epizodları ştativsiz, calaqsız və montajsız şəkildə 50 millimetrlik plyonkalara bir kadrla çəkilmişdir.


Serialın rejissoru Andrey Fenoçka Rusiyanın kvir mədəniyyəti haqqında “Otkrıtiye” onlayn jurnalına danışdı ki, bu tərz “özünü yoxlamaq üsulu” idi:

“Mən axtarmağa gedirəm” serialı ola bilsin ki, veb-seriallar mühitinin imkan verdiyindən daha ehtiyatlı görünür. Bu üç seriya çox məsumdur, gələcəkdə isə, sözün açığı, əməlli-başlı od qoymaq istəyərdim. Ümid edirəm ki, belə şansım olacaq”, - Fenoçka qeyd etdi.