Aprel reydlərində həbs olunan LGBTQ 

fərdləri azad olundu


Bu gün Bakı Apellyasiya Məhkəməsində 1 və 2 aprel tarixlərində saxlanılaraq inzibati həbs cəzası alan LGBTQ fərdlərinin bir neçəsinin apellyasiya şikayətləri üzrə məhkəmə prosesləri baş tutdu. Onların apellyasiya şikayətləri təmin edilərək azadlığa buraxıldılar.

Xatırladaq ki, polis 1 və 2 aprel tarixlərində Bakının bir neçə rayonunda seks işçiliyi ilə məşğul olan LGBTQ fərdlərini saxlamışdır. Transgender və gey fərdlərə qarşı ov kimi xarakerizə olunan reydlər zamanı tutulan şəxslərin sayı təxminən 14 nəfərdir. Onlardan bəziləri İXM-in 510-cu maddəsi (xırda xuliqanlıq) ilə cərimələnmiş, digərləri isə İXM-in 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) 10-15 sutka müddətinə inzibati həbslə cəzalandırılmışdı.


Həmçinin bax:

Bakıda polisin LGBTQ ovu