Livanın hərbi hakimi: homoseksuallıq cinayət deyil
Mühüm hüquqi qərar ölkənin hərbi qüvvələrində tarixi dəyişiklikdir.
31/Mar/19
6329
Livanın hərbi hakimi: homoseksuallıq cinayət deyil
Mühüm hüquqi qərar ölkənin hərbi qüvvələrində tarixi dəyişiklikdir.
Bir mühüm qərarla hakim Peter Germanos şənbə günü dörd əsgərin mühakimə olunmasına qarşı çıxdı. Əsgərlər "sodomiya" iddiası ilə vəzifələrindən azad edilmişdilər.
The Daily Star qəzetinin məlumatına görə, Germanos: "Sodomiya qanunla cəzalandırıla bilməz", - deyə bildirmişdi.
Hakim həmçinin Cinayət Məcəlləsinin 534-cü maddəsinin pozulmasına görə həbs qərarı vermədi. Bu maddədə qeyd olunur ki, "təbiətə zidd olan hər hansı cinsi əməl bir il müddətinə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır."
Onun sözlərinə görə, Livan Cinayət Məcəlləsinin mübahisəli maddəsidə hansı cinsi hərəkətlərin "təbiətə qarşı" olduğunu aydınlaşdırmaq mümkün deyil.