Corc Kluni Bruney sultanının otellərini boykot etməyə çağırdı
Deadline.com-un verdiyi məlumata görə, Corc Kluni “Beverly Hills”, “Bel-Air” və bir neçə digər oteli boykot etməyə çağırır.
29/Mar/19
6133
Corc Kluni Bruney sultanının otellərini
boykot etməyə çağırdı
Deadline.com-un verdiyi məlumata görə, Corc Kluni “Beverly Hills”, “Bel-Air” və bir neçə digər oteli boykot etməyə çağırır.
Kluni deyir ki, bu il aprelin 3-də Bruney xalqı öz gey vətəndaşlarını daş-qalaq etməyə və öldürməyə başlayacaq.
Corc Kluni öz müraciətində aşağıdakıları söyləyib:
“Bruneydə 1962-ci illərdən bəri seçkilər olmayıb və onlar şəriət qanunlarının ən qəddar versiyasını qəbul ediblər. Bunun başında Bruney sultanı dayanır, hansı ki, dünyanın ən zəngin insanlarından biridir. O, Bruneyin investisiya agentliyinə, agentlik isə öz növbəsində yetərincə dəbdəbəli otellərə sahibdir.
Bir neçə il əvvəl çoxlarımız Bruneyin gey icmasına münasibətinə görə onlardan 2-ni, Los-Ancelesdəki “Bel-Air” və “Beverly Hills” otellərini boykot etdik. Bu da müəyyən vaxta qədər effektiv oldu. Lakin zamanla fokus itir və bu otellər tədricən biznesə qayıdır. Bruney investisiya agentliyi də buna güvənir. Dünyanın ən eksklüziv doqquz oteli onlara məxsusdur. Mən onlardan bəzilərinin kimə məxsus olduğunu bilmədiyim üçün bir neçə dəfə onlarda qalmışam.
Onlar yaxşı otellərdir. Orada işləyən insanlar mehriban və xeyirxahdırlar və bu obyektlərin sahibkarlarına heç bir aidiyyatları yoxdur. Lakin biz bu doqquz oteldən hər hansı birində qalanda, görüşlər keçirəndə və ya nahar edəndə biz gey olmaqda və ya əxlaqsızlıqda ittiham olunan vətəndaşları daş-qalaq edən və döyən insanların ciblərini pulla doldururuq. Bruney monarxiyadır və əlbəttə ki, istənilən boykot bu qanunların dəyişməsinə az təsir edəcək. Lakin biz doğrudanmı insan hüquqlarının pozulmasına görə pul ödəyə bilərik? Biz doğrudanmı günahsız insanların öldürülməsinə maliyyə köməkliyi etmək istəyirik? Qatil rejimlərlə uzun illər işləməyim zamanı öyrəndim ki, onları rüsvay etmək olmur. Lakin siz onlarla əlbir olan bankları, sərmayəçiləri və müəssisələri rüsvay edə bilərsiniz.”
Ardınca Kluni həmin otellərin adlarını sadalayıb:
The Dorchester, London
45 Park Lane, London
Coworth Park, Böyük-Britaniya
The Beverly Hills Hotel, Beverly Hills
Hotel Bel-Air, Los-Anceles
Le Meurice, Paris
Plaza Athenee , Paris
Eden oteli, Roma
Principe di Savoia oteli, Milan