Böyük Britaniya: transfobik nifrət cinayətləri rekord həddə çatıb
Böyük Britaniyada transfobik nifrət cinayətləri rekord həddə çatıb
09/Oct/22
916
Böyük Britaniyada transfobik nifrət cinayətləri rekord həddə çatıb
Hökumətin yeni hesabatına görə, İngiltərə və Uelsdə nifrət cinayətləri 2022-ci ildə qorxulu yeni rekord həddə çatıb.
Cümə axşamı 6 oktyabrda dərc edilən Daxili İşlər Nazirliyinin yeni statistikası 2021-ci ilin martından 2022-ci ilin martına qədər qeydə alınmış ən azı 155,841 nifrət cinayətini təfərrüatlandırıb.
Hesabata görə, nifrət cinayətləri əvvəlki illə müqayisədə təxminən 26 faiz artıb. Bu, statistikanın 2015-16-cı il ilə müqayisəsində 29 faiz və 2016-17-ci ildən bəri bildirilən nifrət cinayətlərində ən nəzərəçarpan artım olması deməkdir.
Rəqəmlər transfobik nifrət cinayətlərinin şokedici şəkildə 56 faiz artdığını göstərib.
Daxili İşlər Nazirliyi nifrət cinayətini “şəxsi xüsusiyyətlərə əsaslanaraq kiməsə qarşı düşmənçilik və ya qərəzlə motivasiya olunduğu, zərərçəkmiş və ya hər hansı bi şəxs tərəfindən qəbul edilən hər hansı cinayət əməli” kimi müəyyən edib.
Powered by Froala Editor