Rusiyalı aktivist pornoqrafiya ittihamından bəraət qazanıb
Vagina rəsmlərinə görə həbs edilən rusiyalı aktivist pornoqrafiya ittihamından bəraət qazanıb
09/Oct/22
885
Vagina rəsmlərinə görə həbs edilən rusiyalı aktivist pornoqrafiya ittihamından bəraət qazanıb
Rusiyada LGBTİ+ feminist aktivist ölkədə kuir hüquqları uğrunda nadir qələbə qazanaraq pornoqrafiya ittihamlarından bəraət alıb.
Yuliya Tsvetkova 2019-cu ildə ictimai bədən imici normaları ilə mübarizə aparmaq üçün sosial mediada vagina rəsmlərini yerləşdirdikdən sonra həbs edilib. O, pornoqrafiya yaymaqda ittiham olunub və dörd ay ev dustaqlığında olub.
O, 2020-ci ilin iyul ayında eyni rəsmlərə görə, daha çox “LGBT propaqandası” qanunu kimi tanınan İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi seksual əlaqəni təbliğ etməkdə dörd maddə ilə ittiham olunub. O, iki ittihama görə 125 min rubl cərimə olunub.
Tsvetkovaya bəraət qazandırmaq cəhdləri Rusiyanın “Memorial” hüquq-müdafiə təşkilatının onu siyasi məhbus kimi tanımasından və şikayət ərizəsində onun azadlığa buraxılmasını müdafiə etməsindən sonra başlayıb və bu, işin açılmasına səbəb olub.
The Moscow Times xəbər portalının verdiyi məlumata görə, ona 15 iyulda Komsomolsk-on-Amur məhkəməsində bütün ittihamlar üzrə bəraət verilib.
Tərəfdarlar tərəfindən yaradılan qrup söhbətindəki mesajlarda deyilib: “Üç il davam edən məhkəmə prosesi müdafiənin qələbəsi ilə başa çatdı. Biz xoşbəxtik, amma hələ işimiz tam bitməyib.”
Powered by Froala Editor