Elon Musk "kommunistləri" günahlandırıb
Elon Musk trans qızının ona qarşı çıxmasında "kommunistləri" günahlandırıb
10/Oct/22
853
Elon Musk trans qızının ona qarşı çıxmasında "kommunistləri" günahlandırıb
Elon Musk trans qızının ona qarşı çıxmasında “kommunist” universitetləri və məktəbləri günahlandırıb.
Tesla maqnatı aprel ayında Los-Ancelesdə adının dəyişdirilməsi üçün müraciət edən yeniyetmə qızı ilə gərgin münasibətləri haqqında danışıb.
Həmin vaxt Elon Maskın qızı doğum haqqında şəhadətnaməsində gender markerinin dəyişdirilməsini tələb edib. O, həmçinin "bioloji atası ilə heç bir şəkildə, ölçüdə və ya formada əlaqəli olmaq" istəmədiyi üçün adını dəyişdirmək istədiyini söyləyib.
“Financial Times” qəzetinə verdiyi müsahibədə Musk trans qızı ilə çətin münasibətinin səbəbi kimi ABŞ-dakı solçu elit məktəblər və universitetləri günahlandırıb.
O, Financial Times qəzetinin "neo-marksistlər tərəfindən ələ keçirilməsi fərz edilən elit məktəblər və universitetlər" kimi adlandırdığı təhsil müəssisələrinə görə qızının artıq onunla münasibət qurmaq istəmədiyini iddia edib.
"Bu, tam kommunizmdir... və ümumi bir sentimentdir ki, əgər varlısansa, pissən", - deyə Musk bildirib.
Powered by Froala Editor