Puerto Riko konversiya terapiyasını qadağan edir
Puerto Riko qubernatoru Rikardo Rossello yetkinlik yaşına çatmayanların üzərində gey konversiya terapiyasını qadağan edən sənədi imzaladı.
29/Mar/19
5848
Puerto Riko konversiya terapiyasını
qadağan edir
Puerto Riko qubernatoru Rikardo Rossello yetkinlik yaşına çatmayanların üzərində gey konversiya terapiyasını qadağan edən sənədi imzaladı.
O, icra sərəncamına imza atdığı şəkli tvit edib.
O, Tvitterdə: "Bu gün biz yetkinlik yaşına çatmayanların cinsi oriyentasiyasını və ya gender kimliyini dəyişdirmək üçün konversiyanı və ya məhdudlaşdırıcı müalicələri qadağan edən bir icra əmri imzalayırıq. Bu müalicələrin elmi əsası yoxdur və LGBTİ+ insanlara lazımsız zərər vurur və əziyyətə səbəb olur", - deyə yazmışdı.
Rossello keçən həftə qərarını açıqlamışdı, bu mövzuyla əlaqədar qanun layihəsi öz partiyası olan Yeni Progressiv Partiya tərəfindən Nümayəndələr Məclisində bloklanmışdı.
Konversiya terapiyasına qarşı həlledici bir mövqeyə gəlmək üçün motivasiyasını izah edən Rossello: "Puerto Rikonun hər kəsin kimi sevdiyindən asılı olmayaraq qəbul olunacağı və təqib qorxusu olmadan yaşaya biləcəyi bir cəmiyyət olması üçün çalışıram. Bu, cəmiyyətdə ən həssas qrup olan uşaqlarımızın dəstəklənməsini və sevilməsini tələb edir. Konversiya terapiyası heç bir şəkildə heç kimə fayda vermir, yalnız təsəvvür edilməz ağrı və əzablara səbəb olur." - deyə əlavə etmişdi.