Tbilisi ilk qürür yürüşünə hazırlaşır
Tbilisi LGBTİ icması bu ilki gey-parada hazırlaşır. Yürüş 18-23 iyun tarixlərində baş tutacaq. Tbilisi Pride Facebook səhifəsində təşkilatçılar bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir:
• Ailələrimizdə, məktəblərdə, küçələrdə və iş yerlərində təqib edilirik. Evlərimiz dağıdılır və bizi evlərimizdən küçəyə atırlar. Biz öldürülürük!
• Biz az deyilik və heç kimi tək qoymayacağıq!
• Biz tələbə, qarson, musiqiçi, dizayner, sənətçi, yazıçı, idmançı, həkim, polis məmuru, jurnalist, mədənçi, taksi sürücüsü, sosial işçi, siyasətçi, ruhanilərik …
• Biz sizin uşaqlarınız, valideynləriniz, bacılarınız, qardaşlarınız, dostlarınız, yaxınlarınız, iş yoldaşlarınız və qonşularınızıq.
• Biz sizik!
18-23 iyun tarixlərində Tiflis Qüruru Yürüşü çərçivəsində müxtəlif sosial, mədəni və siyasi fəaliyyətlər həyata keçiriləcək. Qürur həftəsi bayram şənliyi ilə deyil, March of Dignity (Ləyaqət Marşı) ilə başa çatacaq. Təəssüflər olsun ki, bu gün Gürcüstanda kvir insanların bayram etmək üçün səbəbləri çox azdır.