Kosta Rika nikah bərabərliyi qanununu qəbul edir
Kosta Rika prezidenti nikah bərabərliyinin məhkəmə müddətindən əvvəl qanuniləşdirilməsinə söz verir
22/Mar/19
6475
Kosta Rika prezidenti nikah bərabərliyinin məhkəmə müddətindən əvvəl qanuniləşdirilməsinə söz verir.
Eynicinsli cütlüklər 2020-ci ilin may ayında avtomatik olaraq nikaha girə biləcəklər.
Ölkənin prezidenti bildirib ki, Kosta Rikada nikah bərabərliyi avtomatik şəkildə Ali Məhkəmə qərarına uyğun olaraq qanuni hala gətirəcək.
Alvarado Associated Press-ə bildirib ki, o, 2020-ci ilin mayında baş tutacaq məhkəmə müddətindən əvvəl hərəkət edəcək.
"Biz bir hökumət olaraq bərabərhüquqlu nikahın doğru bir şəkildə hüquq kimi hörmət etdilməsi üçün hər şeyi edirik"
Keçən ilin avqust ayında Kosta Rika Ali Məhkəməsi bərabərhüquqlu nikaha maneə törədən Ailə Məcəlləsinin konstitusiyaya zidd olduğunu demişdi.
18 ay ərzində qanunvericiliyində dəyişikliklə qərar verilməyəcəyi təqdirdə bərabərhüquqlu nikah avtomatik olaraq qanuna çevriləcək.
Alvarado dekabr ayında LGBTİ vətəndaşlarına daha çox haqq tanıyan qanunvericilik qəbul etmişdi.
Yeni tədbirlər, eyni zamanda eynicinsli cütlüklərə Kosta Rikada aztəminatlı ailələr üçün nəzərdə mənzil-müavinət almaq hüququ verir.
Qanunvericilik eynicinsli transmilli tərəfdaşlıqları da tanıyır və gender kimliyinin tanınmasının miqrantlara da şamil olunmasını genişləndirir.
Kosta Rika keçən il qanunvericiliyi transgender şəxslərin aid olduqları cinsə görə qeydiyyatdan keçməsini təmin edəcək qanun qəbul etib.