Minlərlə insan LGBTİ+ barının qarşısında aksiyada iştirak edib
Slovakiyada atışma: Minlərlə insan Bratislavadakı barın qarşısında keşikçəkmə aksiyasında iştirak edib
15/Oct/22
1181
Slovakiyada atışma: Minlərlə insan Bratislavadakı barın qarşısında keşikçəkmə aksiyasında iştirak edib
Yas tutanlar Bratislava şəhərinin mərkəzindəki müvəqqəti abidəyə şam və çiçəklər qoyublar.
Minlərlə LGBTİ+ fəalı və müttəfiqlər Slovakiyada atışma qurbanlarının xatirəsini yad etmək üçün keçirilən tədbirə qatılıb.
Çərşənbə günü 12 oktyabr axşam saatlarında Bratislavada Tepláreň adlı LGBTİ+ barının qarşısında silahlı şəxsin atəş açması nəticəsində iki kişi ölüb, bir qadın yaralanıb.
Polis cümə günü 14 oktyabrda iki qurbanın - 23 yaşlı Matus H. və hadisə yerində işlədiyi güman edilən 26 yaşlı Juraj V. Radoslava T-nin kimliyini təsbit edib. Juraj V. Radoslava T. atışma zamanı ayağından yaralanıb, onun hazırda xəstəxanada müalicə aldığı bildirilib.
Keşikçəkmə aksiyasını təşkil edən İnakosť İnstitutunun hesablamalarına görə, ən azı 20000 nəfər öldürülən insanların yasını tutmaq və LGBTİ+ icması ilə həmrəylik nümayiş etdirmək üçün askiyada iştirak edib.
Tədbirdə Slovakiya Prezidenti Zuzana Caputova çıxış edərək: “Cəmiyyətimizin sevdiklərinizi qoruya bilmədiyinə görə üzülürəm,” - deyib.
İzdiham prezidentə təşəkkür etmək üçün şüarlar səsləndirərkən: "Siz buraya aidsiniz, cəmiyyətimiz üçün dəyərlisiz," - deyə o, əlavə edib.
Powered by Froala Editor