Meksikanın ən böyük ştatı eynicinsli nikahı təsdiqləyib
Meksikanın əhalisi ən sıx olan Mexiko ştatı oktyabrın 11-də əhəmiyyətli səs çoxluğu ilə eynicinsli nikahların hüquqi tanınmasına səs verib
15/Oct/22
1135
Meksikanın ən böyük ştatı eynicinsli nikahı təsdiqləyib
Meksikanın əhalisi ən sıx olan Mexiko ştatı oktyabrın 11-də əhəmiyyətli səs çoxluğu ilə eynicinsli nikahların hüquqi tanınmasına səs verib və beləcə, Meksikanın 32 ştatı arasında bunu edən 29-cu ştat olub, bu haqda Reuters məlumat verir.
Qanun 50 səs lehinə və 16 səs əleyhinə olmaqla qəbul edildikdən sonra ştatın qanunverici orqanı öz Tvitter hesabında bunları deyib: “Bərabər nikah – iki insanın azad şəkildə həyatlarını bir-biri ilə paylaşmağa qərar verdikləri dövlət institutudur.”
Paytaxtı da daxil edən Mexiko ştatı ölkənin əhalisi ən sıx olan və gender əsaslı zorakılığın ən çox yayıldığı ştatıdır. Onun 17 milyona yaxın əhalisi var, bu da Uruqvayın əhalisindən az qala 5 dəfə çoxdur.
Eynicinsli nikahların tanınmasına görə Mexiko ştatı Sonora və Sinaloa ştatlarından sonra növbəti olub.
Mexiko şəhəri isə 2009-cu ildə ölkənin eynicinsli nikahları qanuniləşdirən ilk bölgəsi olub. Növbəti il isə Argentina Latın Amerikasında eynicinsli nikahları qəbul edən ilk ölkə kimi tanınıb.
Equaldex qlobal LGBTQ hüquqları trekerinə əsasən, eynicinsli nikahlar hələ də Paraqvay, Boliviya, Peru, Venesuela, Mərkəzi Amerikanın böyük hissəsi və Karib hövzəsinin bəzi bölgələrində qanunsuzdur və ya tanınmır.
Mexiko ştatının qanunverici orqanı Tvitterdə deputat Xuana Bonilya Xaymenin bəyanatını paylaşıb, o, qanun layihəsinin parlamentə çıxarılmasında LGBTQ+ aktivistlərinin mübarizəsindən danışıb: “Hər qanunverici orqanın öz tarixçəsi var və bu gün biz bu tarixçənin bir hissəsiyik.”
Powered by Froala Editor