Genetika və gender disforiyası arasında əlaqə
Avstraliyalı tədqiqatçılar gender disforiyası üçün genetik əsas göstərən tədqiqatın sosial məlumatlanma və transfobiya ilə mübarizəyə kömək edəcəyinə inanırlar
22/Mar/19
7785
Genetika və gender disforiyası arasında əlaqə haqqında yeni tədqiqat
Avstraliyalı tədqiqatçılar gender disforiya üçün genetik əsas göstərən tədqiqatın sosial məlumatlanma və transfobiya ilə mübarizəyə kömək edəcəyinə inanırlar.
Yeni tədqiqat transgender qadınlar və transgender olmayan kişilər arasında bir sıra genetik fərqlər aşkar edib.
Avstraliyanın Hudson Tibb Tədqiqatları İnstitutunun nəticələri bəzi insanların gender disforiyası yaşamasına səbəb kimi bioloji amilləri göstərir.
Tədqiqat 380 transgender qadının genetik variyasiyalarının 344 transgender olmayan kişilərlə müqayisəsi üzərində araşdırılmışdır.
Nyu Atlas xəbər verir ki, tədqiqat transgender qadınların cinsiyyət hormonları olan estrogen və androgen emalında iştirak edən genlərlə əlaqəli olan genetik variyasiyalarını təsbit etib.
Tədqiqatçıların fikrincə, bu, müəyyən beyinlərin daha az "maskulin" və daha çox "feminin" olan yollarla inkişaf etməsi deməkdir, beləliklə, bu da transgender qadınlarda gender disforiyası əmələ gətirir.