Türkiyə: Senzura qanunu parlamentdən keçib
İctimaiyyətdə "Senzura Qanunu" kimi tanınan 40 bəndlik qanun layihəsi AKP-MHP-nin səsləri ilə Türkiyə Böyük Millət Məclisindən keçib
15/Oct/22
1260
Türkiyə: Senzura qanunu parlamentdən keçib
İctimaiyyətdə "Senzura Qanunu" kimi tanınan 40 bəndlik qanun layihəsi AKP-MHP-nin səsləri ilə Türkiyə Böyük Millət Məclisindən keçib.
Qanunun təkcə jurnalistlərin deyil, hər kəsin məlumat almaq və xəbər olmaq hüququna ciddi məhdudiyyətlər qoyduğu bildirilib.
Tam adı “İnternetdə həyata keçirilən yayımların təşkili və bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında qanuna dəyişiklik edilməsi təklifi” olan 40 bənddən ibarət qanun layihəsi TBMM Baş Məclisində AKP-MHP-nin səsverməsi ilə qəbul edilib.
Təkcə jurnalistlərin deyil, hər kəsin məlumat alma və xəbər olmaq hüququna ciddi məhdudiyyətlər qoyan qanunla yanaşı, Türkiyə Cinayət Məcəlləsinə “dezinformasiya ilə mübarizə” iddiası ilə “xalqa bilərəkdən yalnış məlumat yaymaq” başlığı ilə yeni bir cinayət əlavə edilib. Dezinformasiya sayılacaq xəbər və yazılara görə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Powered by Froala Editor