Rusiya təhsildə “ənənəvi dəyərləri” möhkəmləndirib
Müvafiq qanun üçüncü oxunuşda qəbul edilib
16/Dec/23
2081
Rusiya təhsildə “ənənəvi dəyərləri” möhkəmləndirib
Rusiya Dövlət Dumasının deputatları üçüncü və yekun oxunuşda təhsil sistemində ənənəvi mənəvi-əxlaqi dəyərlərə sadiqliyi təsbit edən qanun layihəsini qəbul ediblər.
Beləliklə, deputatlar təhsilin “humanist mahiyyət prinsipini” möhkəmləndirmək qərarına gəliblər. Eyni zamanda, təhsildə “ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinə” uyğun gələn humanizmə riayət olunacağı da vurğulanıb.
Bundan əlavə, bu qanun müəllimlərin məktəblilərdə və tələbələrdə “vətənpərvərlik, qayda-qanuna, zəhmətkeş insanlara və yaşlı nəsillərə hörmət hissi”ni inkişaf etdirməli olduğunu müəyyən edib.
Powered by Froala Editor