LGBTİ+ dostu məktəblərin reytinqi
LGBTİ+ dostu məktəblərin reytinqi Polşada hüquq pozuntularına qarşı çıxıb
16/Oct/22
1290
LGBTİ+ dostu məktəblərin reytinqi Polşada hüquq pozuntularına qarşı çıxıb
Polşanın anti-gey siyasəti Avropa Birliyinin qınağına səbəb olduğu üçün məktəblərin inklüzivliyi reytinqi LGBTİ+ gənclər üçün təhlükəsiz məkanları vurğulamağa çalışıb.
Polşalı müəllim Maria Kistowska milliyyətçi hakim partiyanın gey və trans hüquqlarına qarşı qoyduğu məhdudiyyətlərə etiraz etməyə çalışan yeni LGBTİ+ iklüzivlik reytinqində işlədiyi məktəbin birinci yerə çıxmasından qürur hissi keçirdiyi deyib.
"Bu, bizim LGBTQ+ müttəfiqləri olduğumuz mesajını göndərir və uşaqlara özlərini təhlükəsiz hiss edə biləcəkləri bir yer olduğunu bildirir," - deyə Polşanın qərbində Poznan şəhərindəki məktəbdə ingilis dilini tədris edən 37 yaşlı Kistowska Thomson Reuters Fonduna bildirib.
"Uğur tələbələrinizə dəstək olmaqdır," - o əlavə edib.
Polşanın Hüquq və Ədalət (PiS) partiyası anti-gey siyasətini özünün idarəetmə platformasının sütununa çevirib və ILGA-Avropa vəkillik qrupuna əsasən, ölkə LGBTİ+lərin hüquqi müdafiəsi üzrə 27 üzvlü Avropa Birliyinin sonuncu pilləsində qərarlaşıb.
Lakin LGBTİ+ müdafiəçiləri ümid edirlər ki, 22 yaşlı gey hüquq müdafiəçisinin işi olan məktəb sorğusu təşəbbüsü bütün polyakların homofob fikirlərə malik olmadığını göstərəcək.
Polşanın aparıcı LGBTİ+ fəallarından biri Bartosz Staszewski: "Bu sıralama onu göstərir ki, çətin də olsa, təhlükəsiz olduğumuz yerlər var," - deyə bildirib.
"Bu, Polşanın başqa bir təbəqəsidir."
Yeni araşdırma 22 mindən çox şagirdin LGBTİ+ iklüzivliyi ilə bağlı bir sıra suallara verdiyi cavablar əsasında Polşadakı ümumi məktəblərin təxminən üçdə birini təşkil edən 2500-dən çox məktəbi əhatə edib.
Powered by Froala Editor