Türkiyə: 11-ci Pembe Hayat KuirFest 

11-ci Pembe Hayat KuirFest 30 sentyabr - 2 oktyabr tarixlərində Ankarada baş tutan ilk mərhələsini tamamlayıb. Dünyanın hər yerindən və Türkiyədən yüzlərlə kuir təcrübələrini və  geniş çeşiddə kuir əhval-ruhiyyəni təqdim edən festival İstanbulda davam edib.

30 sentyabr-2 oktyabr tarixləri arasında Ankarada baş tutan KuirFest 11-ci ilində film nümayişləri, seminarlar, teatr və şənliklərlə festivalı geridə qoyub. 

Festival 14-16 oktyabr tarixlərində İstanbulda yenidən qonaqları ilə görüşüb.

Bu il #YasaksaYasak heşteqi ilə başlayan 11-ci Pembe Hayat KuirFest rəngarəng və möhtəşəm proqramla 30 sentyabr cümə günü Ankarada Goethe İnstitutunda Türkiyədən olan qısa kuir filmlərin xüsusi nümayişi ilə başlayıb.


Zeliş Deniz Kuir Film Mükafatı Sema Semihə verilib.

Sadi Güranın dizaynı ilə canlanan 4-cü Zeliş Deniz Kuir Film Mükafatı bu il fəaliyyətini uzun illər LGBTİ+ hərəkatına həsr edən Sema Semihə verilib. Ötən il mükafatı alan Metin Akdemir mükafatı Sema Semihə təqdim edib.

Pembe Hayat



Powered by Froala Editor