LGBTİ+ düşmənliyi polis işgəncəsinə çatıb
İstanbulda Yeldeğirmenində LGBTİ+ düşmənliyi polis işgəncəsinə çatıb
19/Oct/22
1139
İstanbulda Yeldeğirmenində LGBTİ+ düşmənliyi polis işgəncəsinə çatıb
İstanbulun Kadıköy ilçesində, Yeldeğirmenində polis və anti-LGBTİ+ dəstələrinin təqib və hücumları polis idarəsində işgəncəyə qədər gedib. Polis küçədə təzyiqə məruz qalan LGBTİ+lərə və qadınlara işgəncə verib. Bir nəfərin qolu, bir nəfərin dişi və bir nəfərin qulağının qığırdağı sınıb.
İyun ayından bəri anti-LGBTİ+ dəstələri və polis hücumları ilə gündəmə gələn Kadıköydə yerləşən Yeldeğirmeni hücumlarının miqyası polis işgəncələrinə qədər çatıb.
Oktyabrın 12-dən 13-nə keçən gecə LGBTİ+lər və qadınlar küçədə evlərinə gedərkən iki kişi tərəfindən sıxışdırılıb.
Siyasi Xəbərə danışan 8 nəfər polis və təcavüzkarlar tərəfindən əvvəlcə küçənin ortasında təpik və yumruqlarla zorakılığa məruz qaldıqlarını, daha sonra isə tərs qandallarla müdaxilə edilərək Kadıköy İskele Polis Bölməsinə (Rıhtım Polis İdarəsi) aparıldıqlarını bildirib.
Polis zorakılığı nəticəsində bir nəfərin qolu sınıb, bir nəfərin qulaq qığırdağı partlayıb, bir nəfərin dişi sınıb, bir neçə nəfər isə kəllə-beyin travması alıb. Bunlardan başqa zərərçəkənlərin bədənlərinin bir çox yerində hücum izlərinin olduğu bildirilib.
Powered by Froala Editor