AB: LGBTİQ+lərin fundamental hüquqlarının qorunmur
AB: LGBTİQ+lərin fundamental hüquqlarının qorunmaması ciddi narahatlıq doğurub
19/Oct/22
1340
AB: LGBTİQ+lərin fundamental hüquqlarının qorunmaması ciddi narahatlıq doğurub
Avropa Komissiyası 2022-ci il Türkiyə hesabatında LGBTİQ+lərə qarşı zorakılıq, nifrət nitqi, senzura və ayrı-seçkiliyi tənqid edib.
Avropa Komissiyası Avropa Birliyinə namizədlik prosesi ilə bağlı 2022-ci il Türkiyə hesabatını dərc edib. Hesabatda Türkiyənin LGBTİ+ hüquqları ilə bağlı vəziyyəti də ətraflı müzakirə olunub.
LGBTİQ+lərə qarşı zorakılıq, ayrı-seçkilik və nifrət nitqinin narahatlıq doğurduğunu bildirən Komissiya Tarlabaşı İcma Mərkəzinə qarşı açılan iddianı da tənqid edib.
LGBTİQ+ qeyri-hökumət təşkilatlarını və fərdlərini hədəf alan stiqma, nifrət nitqi və ayrı-seçkilik xarakterli diskursların artdığını vurğulayan Avropa Komissiyası həbsxanalarda da ayrı-seçkiliyin davam etdiyini xatırladıb.
Komissiyanın hesabata daxil etdiyi nəticələr aşağıdakılardır:
“Lezbiyan, gey, biseksual, trans, interseks və kuir (LGBTIQ) insanların əsas hüquqlarının qorunmaması ciddi narahatlıqlar yaratmağa davam edib. Mövcud qanunvericilik seksual oriyentasiya və ya gender kimliyinə əsaslanan nifrət nitqi və nifrət cinayətlərini əhatə etmir. Seçilmiş və ya təyin edilmiş dövlət məmurları və media tərəfindən LGBTİQ icmasına qarşı nifrət nitqi və qarayaxma kampaniyaları artıb. LGBTİQ icmasına qarşı ayrı-seçkilik, təhdid və zorakılıq davam edib. LGBTİQ şəxslərə qarşı nifrət nitqi və cinayətlər effektiv şəkildə mühakimə olunmayıb. LGBTİQ şəxslərin qətli ilə bağlı bir sıra işlər hələ də davam edir. LGBTİQ insanlara qarşı hücumlarda həyəcanverici artım var. Genderin adaptasiyası əməliyyatına, sağlamlıq və sosial xidmətlərə çıxış trans insanlar üçün problem olaraq qalır. Məlumata görə, LGBTİQ məhbusları ayrı-seçkilikdən və təkadamlıq kameralardan əziyyət çəkirlər. Bir çox əyalətlərdə LGBTİQ fəaliyyətləri və qürur yürüşləri polis tərəfindən qadağan edilib və ya bloklanıb.”
Powered by Froala Editor