Qadın təmsilçiyilində ayrı-seçkilik və bərabərsizlik
“Artikl 54” İctimai Birliyi "Qadın təmsilçiyilində ayrı-seçkilik və bərabərsizlik" mövzusunda ictimai müzakirə keçirəcək.
23/Oct/22
1509
"Qadın təmsilçiyilində ayrı-seçkilik və bərabərsizlik"
“Artikl 54” İctimai Birliyi "Qadın təmsilçiyilində ayrı-seçkilik və bərabərsizlik" mövzusunda ictimai müzakirə keçirəcək.
İctimai müzakirənin məqsədi ölkədə müxtəlif sahələr üzrə qadınların təmsilçiliyi ilə bağlı araşdırmanın təqdim və təhlil olunmasıdır. İctimai müzakirənin əsas mövzusu dövlət idarəçiliyi, məşğulluq və sahibkarlıq sahələrin diskriminasiyanın statistik göstəriciləri və bunların doğurduğu nəticələr olacaqdır. İştirak edən maraqlı tərəflər mövcud vəziyyətlə bağlı rəy, irad və təkliflərini bildiriləcək. Tədbirdə ictimai fəalların, gender ekspertləri, partnyor təşkilatlar, müvafiq qurumların nümayəndələri, media və digər maraqlı tərəflərin iştirakı planlaşdırılıb.
Xatırladırıq ki, ictimai müzakirə Artikl 54 İB-nin “İctimai qərarların qəbulunda və yerli idarəçilikdə qadınların rolunun gücləndirilməsi” ictimai vəkillik tədbirləri çərçivəsində həyata keçirilir.
Ünvan: Baku Community Space (SAT Plaza, 133 Bəşir Səfəroğlu küç)
Tədbir 26 oktyabr 2022-ci il, saat 15:00-17:00-da keçiriləcəkdir.
Əlaqə nömrəsi: +994552950529
Event üçün buraya keçid edin.
Powered by Froala Editor