Əvəz Hafizlinin məzarına etinasızlıq
Qətlə yetirilən LGBTQ+ aktivisti, jurnalist Əvəz Hafizlinin qəbrinə baş daşı qoyulmayıb
04/Nov/22
1178
Əvəz Hafizlinin məzarına etinasızlıq
Qətlə yetirilən LGBTQ+ aktivisti, jurnalist Əvəz Hafizlinin qəbrinə baş daşı qoyulmayıb. Bu haqda jurnalist Nurlan Libre öz Feysbuk hesabında məlumat verib.
O bildirib ki, Əvəz Hafizli vəfat etdiyi vaxt dəfn xərclərinin qarşılanması üçün onun ailəsinə müraciət edilib. Lakin ailə bu təklifdən imtina edərək bütün prosedurları özlərinin yerinə yetirəcəyini deyib. Bu yaxınlarda məlum olub ki, ailə bu aylar ərzində yalan məlumat verib və Əvəzin məzarına qarşı etinasızlıq göstərilib.
Hal-hazırda jurnalist Nurlan Libre Əvəzə baş daşının qoyulması üçün ianə çağırışı ilə ictimaiyyətə müraciət edib.
Əvəz Hafizli bu ilin fevralın 22-də öz əmisioğlu tərəfindən nifrət cinayəti zəminində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Onun qatili Əmrulla Güləliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əvəzin hüquqi varisi olan qardaşı məhkəmə iclasında qatili bağışladığını və ondan şikayətçi olmadığını bildirib. Əvəz dəfn edilərkən ailəsi onun məzarının yerini ictimaiyyətdən gizlətməyə çalışıb.
Powered by Froala Editor