“A və 24 digəri Azərbaycana qarşı” YouTube-da!
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2017 Sentyabr hadisələri və AİHM məhkəməsində olan “A və 24 digəri Azərbaycana qarşı” işi üzrə müzakirəni YouTube kanalına yerləşdirib
15/Nov/22
1043
“A və 24 digəri Azərbaycana qarşı” YouTube-da!
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2017 Sentyabr hadisələri və AİHM məhkəməsində olan “A və 24 digəri Azərbaycana qarşı” işi üzrə müzakirəni YouTube kanalına yerləşdirib.
Panel müzakirəsində Nəfəs LGBTİ Azərbaycan Aylansının üzvləri Vahid Əliyev, Cavid Nəbiyev, təşkilatın hüquqşünası Jalə Bayram və Azad LGBT təşkilatının sədri Lalə Mahmudova iştirak ediblər.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər Azərbaycanda LGBTİ+lərin hüquqlarının müdafiəsini, sosial inklüzivliyini təmin etmək üçün vəkillik edir. Nəfəs LGBTİ Azərbaycan Alyansı ölkədə LGBTİ+ icması ilə və onun üçün çalışan və fəaliyyətini davamlı şəkildə qoruyan LGBTİ+ hüquq müdafiəsi təşkilatıdır.
2017-ci ildə Azərbaycan polisi gey və ya biseksual olduğu güman edilən kişiləri və eyni zamanda, trans* qadınları həbs edib və işgəncə tətbiq edərək zorakı kampaniya həyata keçirib. Kampaniya son illərdə səlahiyyətlilər tərəfindən bu qəbildə həyata keçirilən ilk ən böyük ov olduğu üçün icma arasında "LGBTİ+ ovu" kimi tanınıb.
2017-ci ilin sentyabr ayının ortalarında digər gey kişilər və trans* qadınlar haqqında rüşvət və informasiya almaq üçün onlarla LGBTİ+ şübhəli ittihamlarla, döyülərək və bəzilərinə elektroşok tətbiq edilərək polis tərəfindən saxlanılıb.
Powered by Froala Editor