ILGA-Avropa İllik İcmal - Azərbaycan
ILGA-Avropa İllik İcmal - Azərbaycan haqqında
21/Feb/23
1070
ILGA-Avropa İllik İcmal - Azərbaycan
QƏRƏZLİ NİTQ
Nifrət nitqi mediada, siyasi və dini xadimlər tərəfindən ciddi problem olaraq qalıb. QueeRadar-ın 2021-ci il nifrət nitqinin monitorinqi hesabatı təhlil edilən 501 media xəbərinin demək olar ki, üçdə ikisinin LGBTIQ+ insanlara qarşı nifrət və ya qərəzli olduğunu göstərib. Bir din xadimi trans insanları “Allah tərəfindən lənətlənmiş” adlandırıb və eynicinsli münasibətlərdə olanların öldürülməsini haqlı sayıb. Millət vəkili Cavid Osmanov isə müsahibəsində deyib ki, “Cəmiyyət LGBT nümayəndələrini, feministləri tamamilə təcrid etməlidir. Onlar ancaq zərərli vərdişlər gətirirlər”. Osmanov feministlərin məqsədinin Azərbaycan cəmiyyətini pozmaq olduğunu və LGBTQ+ fəallarının “Qərb dairələri”nin dəstəklədiyini də bildirib. Hakim partiyadan olan deputat Eldar Quliyev bəyan edib ki, LGBT insanlar ölkədən qovulmalıdır. O, əlavə edib ki, “kişi kişidir, qadın qadındır, yəni [LGBTİ+-lər] xəstədirlərsə, müalicə alsınlar”.
May ayında daha əvvəl LGBTİ+ları “otxod” adlandıran millət vəkili Tahir Kərimli İstanbul Konvensiyasına qarşı olduğunu bildirərək, “Mill adət-ənənəmiz "üzdəniraq"ları inkar edir, normal hesab etmir” deyib və onların “təqib və təcrid olunmalı” olduğunu bildirib. Oktyabrın 28-də millət vəkili Tahir Kərimli yerli mətbuata açıqlamasında deyib ki, Azərbaycanda “LGBT təbliğatı” da qadağan edilməlidir.
QƏRƏZ MOTİVLİ ZORAKLIQ
LGBTQI+ icmasına qarşı nifrət cinayətləri ciddi problem olaraq qalmaqda davam edir. Ölkənin ən tanınmış LGBTQI+ fəallarından biri Əvəz Hafizli fevral ayında əmisi oğlu tərəfindən vəhşicəsinə öldürülüb. Əvvəllər Hafizlinin mühafizə tələblərinə məhəl qoymayan polis meyiti xalçaya bükərək zibil maşını ilə aparıb.
“LGBTQ insanların Azərbaycan qanunları üçün heç bir əhəmiyyəti yoxdur. Onlar insan sayılmır, nə prokurorluq, nə Dövlət Təhlükəsizlik Xidməti, nə də başqa qurum kütləvi qətllərin qarşısını almaq üçün barmağını tərpətmək istəmir,” - aktivist Gülnara Mehdiyeva Advocate portalına bildirib.
Əvəzin qətli ötən il minlərlə insanın izlədiyi videoda seksual azlıqları və trans insanları fiziki olaraq “silməyə” çağıran azərbaycanlı sosial media influenseri Sevinc Hüseynovanın İnstaqram paylaşımlarından sonra baş verib.
Avqust ayında məhkəmə cinayətkarı doqquz il yarım həbs cəzasına məhkum etsə də, homofob motivə və qətlin vəhşiliyinə məhəl qoymayıb. LGBTQ+ fəallarının və jurnalistlərin məhkəmə zalına daxil olmasına qadağa qoyulub. Vətəndaş cəmiyyəti cüzi mühakiməni sərt şəkildə tənqid edib.
Digər hüquq müdafiəçisi Bəxtiyar Hacıyev isə maskalı şəxslər tərəfindən qaçırılaraq işgəncələrə məruz qalıb.
Bakıda metroda bir nəfər LGBT insanları çəkiclə öldürməklə hədələyib. Sentyabrın 2-də Gəncədə iki gey hücuma məruz qalıb. Cinayəti törədən şəxslər kişiləri vəhşicəsinə döyüb və “sizin kimi insanları burada istəmirik” deyərək onları körpüdən atmaq istəyib.
Aprelin 13-də Bakıda gey kişi yaşadığı mənzilin pəncərəsindən atılaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 15 yaşlı qız ailəsi tərəfindən zorakılığa məruz qalaraq evə qapadılıb. Yeniyetmə əmisi oğlu tərəfindən də təcavüzə məruz qalıb. Ata zorakılığı ört-basdır etmək üçün polisə rüşvət verib.
Sumqayıtda trans qadın sevgilisi tərəfindən, başqa hadisədə isə başqa kişi tərəfindən döyülüb. Polis hər iki işi araşdırmaqdan imtina edib. Sentyabrın 7-də Bakı bulvarında trans qadın Emili Hacızadə parkın mühafizəçiləri tərəfindən hücuma məruz qalıb. Emili də onu öldürməklə hədələyən ailəsi tərəfindən zorakılığa məruz qalıb.
Həmçinin sentyabr ayında Bakının Nərimanov parkında trans qadın bir neçə bıçaq zərbəsi alıb. O, əvvəllər saxlanılıb və başını polislər zorla qırxıblar. Polis qətli inkar edib və sadəcə onu saxladıqlarını bildirib. O vaxtdan fəallar və ailəsi onu tapa bilməyib.
16 yaşlı yeniyetmə saçlarını mavi rəngə boyayıb, TikTok videosu paylaşdıqdan sonra sentyabr ayında polis zorakılığına və təhqirlərə məruz qalıb.
BƏDƏNİN BÜTÖVLÜYÜ
17 yaşlı gənc dəfələrlə fiziki və cinsi zorakılığa məruz qalıb və ailəsi tərəfindən evdə qapalı saxlanılıb. 2019-cu ildə o, cinsi zorakılığa məruz qaldığı xəstəxanada yeddi ay müddətində "konversiya terapiyası" adlanan müalicədən keçməyə məcbur edilib. 'Terapiya' ailəsi tərəfindən ödənilib.
BƏRABƏRLİK VƏ QEYRİ-AYRI-SEÇKİLİK
Yanvarda AŞPA “Cənubi Qafqazda, o cümlədən Azərbaycanda LGBTİ insanların hüquqlarının iddia edilən pozulması” ilə bağlı qətnamə qəbul edib. Qətnamədə AŞPA Azərbaycanı SOGIESC əsasında ayrı-seçkiliyə qarşı qoruyan qanunvericilik və siyasətlər qəbul etməyə, LGBTİ insanlara qarşı nifrət cinayətlərinə və nifrət nitqinə sanksiya tətbiq etməyə, öz genderini təyinetmə əsasında genderin qanuni tanınması prosedurlarını tətbiq etməyə, məktəblərdə hərtərəfli cinsi maarifləndirməyə, LGBTİ insanların qanunsuz həbsinə diqqət yetirmək və polis zorakılığının qarşısını almaq və onlarla mübarizə aparmağa çağırır.
İŞGƏNCƏDƏN, ZÜLMKAR, QEYRİ İNSANİ, YA DA ALÇALDICI RƏFTARDAN AZAD
Avqust ayında Bakıda iki trans qadın polis tərəfindən saxlanılaraq on sutka saxlanılıb. Polis qadınlardan birinin saçını zorla qırxıb.
XARİCİ SİYASƏT
Noyabrın 4-də Türkiyə və Azərbaycan arasında “ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq üzrə Fəaliyyət Planı”na dair protokol imzalanıb.
SƏRBƏST TOPLAŞMA AZADLIĞI
8 Martda feminist və kuir fəallar Qadınlar Günü münasibətilə mitinq keçirərək hökumətdən SOGI əsasında ayrı-seçkilik etmədən hamı üçün bərabər hüquqların təmin edilməsini, qadın qətllərinin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini, zorakılığın və qadın qətllərinin qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini və İstanbul Konvensiyasını təsdiq etməyi tələb ediblər. Polis bir iştirakçıya göy qurşağı üz maskasını çıxarmağı əmr edib və göy qurşağı və trans bayrağını müsadirə edib.
Mayın 14-də fəallar, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri jurnalistlərə, siyasi və hüquq müdafiəsi aktivistlərinə qarşı zorakılığın artmasını və cəzasız qalmasını pisləyən yürüş keçirib. Hökumətyönlü mediada yayımlanan xəbərlər aksiyada LGBTİ+ bayraqlarına diqqət yetirərək, ictimaiyyəti mitinqin mesajından yayındırıb.
Üç LGBTQ+ və feminist fəal 9 iyunda mətbuat brifinqi şəklində ölkənin ilk Qürur tədbirini keçirib. Bu, son on ildə ikinci dəfədir ki, LGBTQ+ fəalları bu şəkildə media ilə birbaşa əlaqə saxlayırlar. Üç fəal hər il Qürur ayını qeyd etmək üçün gələcəkdə də oxşar tədbirlər təşkil etməyə çalışacaqlarını bildiriblər.
BİRLƏŞMƏK AZADLIĞI
Noyabrın 6-da fəallar LGBTİQ+ vətəndaşlarının mövcud ictimai-siyasi təmsilçiliyinə etiraz etmək və hər cür zülmə qarşı mübarizə aparmaq üçün Queardian təşəbbüsünü irəli sürülbər.
SAĞLAMLIQ
Son bir ildə kişilərlə cinsi əlaqədə olan kişilər və trans insanlar arasında HİV-ə yoluxma nisbəti artıb.
MƏNZİL
Vətəndaş cəmiyyəti transların bu il yenidən evdən qovulma ilə üzləşdiyini bildirib.
İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİ
May ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Oktyabrın 8-də Minority Azerbaijan uğursuz haker hücumuna məruz qalıb.
İCTİMAİ, MƏDƏNİ və SİYASİ HƏYATDA İŞTİRAK
May ayında IDAHOBIT münasibəti ilə Minority Azerbaijan azərbaycanlı trans qadının rejissoru olduğu “The Sun on My Body” filmini nümayiş etdirib.
Nəfəs LGBTİ Azərbaycan Alyansı Queer Art Festivalı çərçivəsində kinorejissor seminarları keçirib. Qısametrajlı filmlər festival tərəfindən oktyabr ayında nümayiş etdirilib.
2017-ci ildə LGBTİ+-lara qarşı kütləvi həbslər haqqında danışan "A və digər 24 digəri" Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalında nümayiş etdirilib.
Powered by Froala Editor