El Salvadorda trans hüquqlarına bir illik gecikmə

El Salvador qanunverici orqanı bir ildən sonra qəbul edilməli olan şəxsiyyət sənədlərində transların adlarını dəyişməsinə icazə verən qanunu təsdiqləməyib.

Human Rights Watch (HRW) və El Salvadorda LGBTİ+ hüquqları üçün çalışan COMCAVIS TRANS fevralın 23-də verdiyi bəyanatda El Salvador qanunverici orqanını transların şəxsiyyət sənədlərində adlarını dəyişməsinə icazə verən qanunu qəbul etmədiyinə görə qınayıb.

2022-ci ilin fevralında Ali Məhkəmə translara qarşı ayrı-seçkiliyin qarşısını alacaq genderin hüquqi tanınması prosedurunun yaradılması üçün qanunverici orqana bir il vaxt verib. Lakin aradan keçən bir il müddətində Qanunvericilik Məclisi bu qərarı qəbul etməyib.

HRW və COMMACIS TRANS bəyanatında El Salvadorun qanunverici orqanını translara hüquqi sənədlərində adlarını və gender markerlərini dəyişdirməyə icazə verən qanunu qəbul etməyə çağırıblar.




Powered by Froala Editor