“Bütün bu terror bir fotoya görədir”
Yaxın Şərq və Afrikada polis LGBTQ+ları tələyə salmaq, həbs və zorakılıq etmək üçün saxta Grindr profillərindən istifadə edilib
01/Mar/23
896
“Bütün bu terror bir fotoya görədir”
Yaxın Şərq və Afrikada polis LGBTQ+ları tələyə salmaq, həbs və zorakılıq etmək üçün saxta Grindr profillərindən istifadə edilib.
Yeni hesabat Yaxın Şərq və Şimali Afrikada səlahiyyətlilərin LGBTQ+ları tələyə salmaq, zorakılıq etmək və zorlamaq üçün Facebook, Instagram və Grindr-dan istifadə etdiyini aşkar edib.
Rəsmilər, o cümlədən polis LGBTQ+ları təhdid edərək və döyərək təzyiq altında telefonlarının kilidini açmağa məcbur etməzdən əvvəl onları tələyə salmaq üçün tətbiqlərdə profillər hazırlayıb.
Şəxsi fotoşəkillər, WhatsApp və Grindr mesajları daha sonra onları anti-LGBTQ+ qanunlar çərçivəsində mühakimə etmək üçün istifadə olunub.
Human Rights Watch təşkilatı rəqəmsal hədəfləmənin birbaşa təsirinə məruz qalan 90 nəfər, eləcə də 30 ekspertlə müsahibədən sonra Misir, İraq, İordaniya, Livan və Tunisdə həyata keçirilən təcrübəni aşkar edib.
Ümumilikdə, Human Rights Watch onlayn hədəfə alınmış LGBTQ+ların 45 əsassız həbsi faktını aşkar edib. “Azğınlığa sövq”, “azğınlıq” və “fahişəlik” kimi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilənlərdən bəzilərinin sonradan apellyasiya şikayəti əsasında hökmü ləğv edilib.
Powered by Froala Editor