Rusiya: Cütlük nikahı qorumaq üçün mübarizə aparır
Rusiyada eynicinsli cütlük rəsmi nikahı qorumaq üçün mübarizə aparır
07/Mar/23
917
Rusiyada eynicinsli cütlük rəsmi nikahı qorumaq üçün mübarizə aparır
Fevralın 27-də Rusiyanın Ural bölgəsinin şəhərlərindən birində məhkəmə eynicinsli cütlüyün nikahının etibarsız sayılması üçün prosesə başlayıb.
İddia yerli prokurorluq tərəfindən qaldırılıb və müdafiə tərəfində “Sfera” təşkilatı ilə əməkdaşlıq edən vəkil olub.
Cütlük 2019-cu ildə, partnyorlardan birinin pasportunda fərqli gender markeri olarkən evlənin. Bununla belə, 2022-ci ilin sentyabrında o, markeri “kişi”dən “qadın”a dəyişib və qeydiyyat şöbəsi işçiləri, ehtimal ki, məlumatı prokurorluğa ötürüblər.
2022-ci ilin dekabrında cütlükdən sübut təqdim etmələri və evlilik və yaşayış vəziyyətini izah etmələri, o cümlədən partnyorların tranzisiyası ilə bağlı suallara cavab vermək tələb olunub.
2023-cü ilin yanvarında şəhər prokurorluğu Rusiya Federasiyasının Konstitusiyasında və Ailə Məcəlləsində təsbit olunmuş nikahın “kişi və qadının birliyi” anlayışını əsas gətirərək, nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb.
Cütlüyün vəkili qeyd edib ki, Ailə Məcəlləsində eynicinsli nikahın etibarsız sayılması üçün heç bir əsas yoxdur, lakin hakim işə baxılması üçün qısa müddət verib və bu, artıq qərarın əvvəlcədən müəyyən oluna biləcəyini bildirib.
Powered by Froala Editor