Feminist mobilizasiyada LGBTQİ+ təcrübələrinin görünürlüyü - müzakirə

Martın 9-u Baku Community Space-də "Feminist mobilizasiyada LGBTQİ+ təcrübələrinin görünürlüyü" mövzusunda panel müzakirə baş tutub.

LGBTQİ+ fəalı Cavid Nəbiyevin moderatorluğu ilə aparılan müzakirədə feminist və LGBTQİ+ mobilizasiyaların istismarçı iqtidara və irticaya qarşı, həyatlarımızı çətinləşdirən normativlərin institusionallaşmasına, sistem və onun seksuallıq, gender diskursu üzərindəki hegemonluğa qarşı mübarizəsinə toxulunub. 

Panelistlər Azad Bəxti, Əli Məlikov, Leyla Həsənova və Lili Nazarov bu iki mobilizasiyanın nə dərəcədə bir-birini tamamladığını sorğulayıblar. Onlar həmçinin yerli feminist hərəkatın LGBTQİ+ inklüzivliyinin qənaətbəxş olub-olmadığına toxunublar və birgə mübarizənin əhəmiyyətindən danışıblar. Həmçinin gələcəkdə hər iki icmanın daha effektiv mübarizə apara bilməsi üçün təkliflər irəli sürüblər.



Powered by Froala Editor