Rusiya polisi Pussy Riot-un çəkilişlərinə mane oldu
Rusiyada polis dünən Sankt-Peterburqda Pussy Riot pank qrupunun yer aldığı videonunun çəkilişinə ölkənin "gey təbliğatı" qanununa istinad edərək mane olub.
11/Feb/20
4554
Rusiya polisi Pussy Riot-un videosuna mane oldu
Rusiyada polis dünən Sankt-Peterburqda Pussy Riot pank qrupunun yer aldığı videonunun çəkilişinə ölkənin "gey təbliğatı" qanununa istinad edərək mane olub.
Pussy Riot etdiyi şərhdə polisin onları "ekstremizm"də və "qanunsuz videoçəkiliş" etməkdə günahlandırdıqlarını və onları Lenfilm studiyasından çıxardıqlarını söylədi.
Pitchfork xəbər verir ki, polis gəldikdə onlar, əsasən, kuir və qadınlardan ibarət olan 150 fəalın iştirakı ilə " БЕСИТ/BEZDİRİR" adlı mahnıya musiqi klipi çəkdirmişlər.
Onlar bildirirlər ki, polis studiyada çalışan işçilərdən çəkilişi dayandırmaq üçün elektriki kəsməyi tələb edib.
Pussy Riot bildirir ki, Rusiyanın "gey təbliğatı" qanununa görə onlar 15 min dollar ziyana düşüblər.