Hindistanlı LGBTQ+ cütlüklərin mübarizəsi
Hindistanlı LGBTQ+ cütlüklər ailələrini və münasibətlərini möhkəmləndirməyə çalışdıqları üçün eynicinsli nikahların qanuni tanınması uğrunda mübarizə aparırlar
14/Mar/23
1140
Hindistanlı LGBTQ+ cütlüklərin mübarizəsi
Hindistanlı LGBTQ+ cütlüklər ailələrini və münasibətlərini möhkəmləndirməyə çalışdıqları üçün eynicinsli nikahların qanuni tanınması uğrunda mübarizə aparırlar. Bu barədə NPR məlumat verib.
Aditi Anand və Susan Dias da daxil olmaqla, dörd eynicinsli cütlük eynicinsli nikahların qanuniləşdirilməsi üçün Hindistan Ali Məhkəməsinə müraciət edib. Yanvar ayında iş qəbul edilib və hökumətdən fevralda məsələyə baxılması, martın 13-də isə dinləmənin keçirilməsi istənilib.
Eynicinsli nikahların qanuniləşdirilməsi Hindistanın digər qanunlarına da geniş təsir göstərəcək. Hüquq müdafiəçiləri bunun LGBTQ+ cütlüklərinə övladlığa götürmə, vərəsəlik və mülkiyyət hüquqları daxil olmaqla, heteroseksual cütlüklərə tanınan eyni hüquqları verəcəyini deyiblər.
Hal-hazırda eynicinsli münasibətlər dekriminallaşdırılıb, lakin eynicinsli nikahlar tanınmır və LGBTQ+ cütlüklər hüquqi müdafiəsiz qalır.
12 ildir birlikdə olan və övladı olan Anand və Dias məhkəmənin onların xeyrinə qərar verəcəyinə ümidlidir. "Biz Hindistanda hər hansı digər evli cütlük kimi eyni hüquqlara sahib olmaq istəyirik", - Anand bildirib. “Biz münasibətlərimizin qanunla tanınmasını və qorunmasını istəyirik”.
Powered by Froala Editor