Yeni qərar: LGBTQ insanlar pedaqoq işləyə bilməz
Nazirlər Kabinetinin 19 fevral 2019-cu il tarixli qərarı LGBTQ insanların iş fəaliyyətini daha da məhdudlaşdırır. Artıq qanunla LGBTQ insanlar pedaqoq kimi işləyə bilməzlər.
24/Feb/19
2187
Azərbaycan hökümətinin LGBTQ insanları hədəf alan yeni qərarı
Nazirlər Kabinetinin 19 Fevral 2019-cu ildə qəbul olunmuş yeni qərarlaridan biri pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verməyən xəstəliklər siyasınının təsdiqi ilə bağlıdır. Həmin siyahı bir sıra ciddi xəstəliklərdən ibarət olsa da, orada insan hüquqlarına zidd olan və tibbi cəhətdən xəstəlik sayılmayan bəzi fərqliliklər də öz əksini tapır. Ən çox diqqəti çəkən isə siyahıda 29-cu yerdə dayanan "seksual seçimin pozuntusu"dur. Bunun tam olaraq nə ifadə etdiyini anlamasaq da orada LGBTQ icmasının hədəfə alındığı dəqiqdir. Bu, o deməkdir ki, cinsi orientasiyası heteroseksual olmayan heç kəs pedaqoq kimi fəaliyyət göstərə bilməz.
Qərarın tam olaraq necə icra olunacağı haqda məlumat verilməyib. Lakin, onsuz da əmək fəaliyyətində yetərincə məhdudiyyətlər yaşayan LGBTQ icması bu qanun layihəsi ilə daha böyük sıxıntıya girəcək. Əminliklə deyə bilərik ki, müəllim olaraq çalışan yüzlərlə LGBTQ insanların olduğu bir faktdır və bu onların pedaqoloji fəaliyyətlərinə heç bir mənfi təsir göstərə bilməz.
Bu məqamda həmçinin hörmətli baş nazirə və kabinet üzvlərinə xatırlatmaq istəyirik ki, homoseksuallıq 1990-cı ildə keçirilmiş 43-cü Dünya Səhiyyə Assembleyasının iclası zamanı qəbul olunmuş qərarla xəstəliklər siyahısından çıxarılıb. Azərbaycan da öz növbəsində Dünya Səhiyyə Təşkilatının üzvüdür və bu qərar bizim ölkəyə də aiddir.