Uqanda anti-gey qanunu qəbul edib

Uqanda homoseksuallığa qarşı yeni qanun layihəsini qəbul edib. Bu barədə BBC xəbər verib. Bu qanuna əsasən, gey olaraq özünü tanıdan insanların ömürlük həbs cəzası, hətta bəzi hallarda ölüm cəzasına məhkum edilməsi nəzərdə tutulub.

Qanunvericilik həmçinin ailə və dostların eynicinsli münasibətlərdə olan şəxsləri səlahiyyətli orqanlara bildirməməsini qanunsuz edib.

Qanun layihəsi onu "dəhşətli" və "qeyri-müəyyən ifadələr" adlandıran Amnesty İnternational da daxil olmaqla hüquq qrupları tərəfindən geniş şəkildə pislənilib. 

ABŞ və Böyük Britaniya hökumətləri də qanunvericiliyi tənqid edib və Ağ Ev Uqandaya mümkün iqtisadi fəsadlar barədə xəbərdarlıq edib.

Fəallar bildiriblər ki, qanun layihəsi geylərə qarşı hücumların artmasına səbəb olub və ondan hökumətin iqtisadi uğursuzluqlarından diqqəti yayındırmaq üçün istifadə olunub.

Prezident Yoweri Museveni isə ya veto qoya bilər, ya da qanunu imzalaya bilər.



Powered by Froala Editor