“Mənim Əmək Hüquqlarım” layihəsi
“Mənim Əmək Hüquqlarım” layihəsi iştirak üçün açıq çağırış elan edib
29/Mar/23
930
“Mənim Əmək Hüquqlarım” layihəsi
“Mənim Əmək Hüquqlarım” layihəsi iştirak üçün açıq çağırış elan edib.
“Mənim əmək hüquqlarım” layihəsi LGBTQİ+ların əmək hüquqları ilə bağlı maarifləndirilməsinə yönəlmiş təlimdə iştirak üçün açıq çağırış elan edib. Rauf Heydərovun təşəbbüsü ilə təşkil olunan təlimdə LGBTQİ+ların əmək bazarında öz əmək hüquqlarını necə qoruya bilməsi və bu hüquqların icma reallığında necə tətbiq olunduğu ilə bağlı suallara cavabların verilməsi nəzərdə tutulur.
Təlim iki hissədən ibarət olacaq, birinci hissədə nəzəri məlumat veriləcək, daha sonra kofe-breyk, ikinci hissədə isə nəzəri hissənin praktiki tətbiqi olacaq. Sessiyanın təlimçisi qadın hüquqları üzrə ekspert Vəfa Rüstəm olacaq. Təlim 8 aprel tarixində Bakı İcma Məkanı Sat Plazada saat 17:00-dan 20:00-dək keçiriləcək. Sessiyada iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
“Mənim Əmək Hüquqlarım” layihəsi Nəfəs LGBTİ Azərbaycan Alyansının “LGBTİ+lar tələb edir: mental sağlamlıq və ədalət” proqramı çərçivəsində həyata keçirilən kiçik qrant müsabiqəsinin qaliblərindən biridir.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd edildiyi kimi, hər bir şəxsin ayrı-seçkilik olmadan təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Bu təlimin məqsədi LGBTQİ+ları əmək hüquqları ilə bağlı maarifləndirmək və əmək bazarında onların müdafiəsinin praktiki yollarını təqdim etməkdir.
Powered by Froala Editor