Rusiyada LGBTQİ+ blogger tutulub

Rusiyada yaşayan məşhur LGBTQİ+ bloggerləri Khaoyan Suy və Gela Gogishvili Rusiyada anti-gey “təbliğat” qanununu pozduqları üçün həbs ediliblər. Sosial media kanallarında Rusiyada yaşayan açıq gey, irqlərarası münasibətdə olan, qeyri-slavyan cütlük kimi həyatlarını sənədləşdirən iki kişi YouTube kanallarında yer alan video ilə qanunu pozmaqda ittiham olunub.

İndi cütlüyü 50.000 rubla (628 dollar) qədər cərimə və ya həbs, Suyu isə Rusiyadan deportasiya gözləyir. Suy sənədlərinin yoxlanılması zamanı pasport və qeydiyyat sənədlərini təqdim etmədiyi üçün onlar çərşənbə günü Kazandakı Burger King restoranında saxlanılıblar.

Cütlük mart ayında anti-LGBTQİ+ fəalı Timur Bulatov tərəfindən hədəfə alınıb və o vaxtdan ölüm təhdidləri və təqiblərlə üzləşib. Suyun Kazan Universitetinin professorlarından biri onu Rusiyanın LGBTQİ+ əleyhinə qanunu pozduğuna görə polisə şikayət edəcəyi ilə hədələyib.

Rusiya keçən il “gey təbliğatına” qarşı mübahisəli qanunu genişləndirərək, demək olar ki, bütün ictimai ifadələri və LGBTQİ+ münasibətləri və həyat tərzini əks etdirən təsvirləri qadağan edib. Suy və Gogishvilinin həbsi hüquq müdafiəçilərinin qəzəbinə səbəb olub və onların dərhal azad olunmasını tələb olunub. 





Powered by Froala Editor