Yaponiyada LGBTQİ+ hüquqlarının tanıması üçün təzyiqlər
Ölkə may ayında G7 sammitinə ev sahibliyi etməyə hazırlaşarkən, Yaponiyanın baş naziri Fumio Kişidaya LGBTQİ+ hüquqlarını tanıması üçün təzyiqlər artıb
10/Apr/23
841
Yaponiyada LGBTQİ+ hüquqlarının tanıması üçün təzyiqlər
Ölkə may ayında G7 sammitinə ev sahibliyi etməyə hazırlaşarkən, Yaponiyanın baş naziri Fumio Kişidaya LGBTQİ+ hüquqlarını tanıması üçün təzyiqlər artıb.
Yaponiya G7 ölkələri arasıda eynicinsli cütlüklərin evlənmək hüququnu rədd edən yeganə ölkədir və onun mühafizəkar Liberal Demokratik Partiyası dözümsüzlük tsiklinə düşməkdə ittiham olunub.
LGBTQİ+ hüquqlarına cavabdeh olan yeni hökumət postu yaratmasına və bərabərlik təbliğatçıları ilə görüşməsinə baxmayaraq, Kişida eynicinsli nikahların qanuniləşdirilməsinin “cəmiyyəti kökündən dəyişdirəcəyini” və ənənəvi ailə dəyərlərinə meydan oxuyacağını iddia edərək insanlarda qəzəb doğurub.
Təzyiqlər həm ölkə daxilindən, həm də xaricdən gəlib. ABŞ-ın Yaponiyadakı səfiri seksual azlıqları qorumaq üçün “aydın, birmənalı” qanunun qəbuluna çağırıb.
Ötən həftə Tokioda keçirilən Pride 7 sammitində kampaniyaçılar Yaponiyanı G7-yə ev sahibliyi etməzdən əvvəl ayrı-seçkiliyə qarşı qanun qəbul etməyə və ölkənin LGBTQİ+ hüquqlarını qoruyan qanunu olmayan qrupun yeganə üzvü statusuna son qoymağa çağırıblar.
Powered by Froala Editor