“Gender bərabərliyi” dərsliyində LGBTQİ+ görünməzliyi
Bu ilin yanvar ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti ilə birgə “Gender bərabərliyi” adlı dərs vəsaitini təqdim edib
11/Apr/23
1397
“Gender bərabərliyi” dərsliyində LGBTQİ+ görünməzliyi
Bu ilin yanvar ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti ilə birgə “Gender bərabərliyi” adlı dərs vəsaitini təqdim edib. 6 fəsildən ibarət vəsait ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilib.
Dərslik hazırlanarkən Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Azərbaycan nümayəndəliyi, BDU, ADA Universiteti, DİA, ADPU, ADİU və Azərbaycan Universitetinin rəy və təklifləri nəzərə alınmışdır.
Dərs vəsaitində gender bərabərliyi anlayışı, bu haqda beynəlxalq konvensiyalar və müqavilələr barədə məlumat verilib. Gender bərabərliyinin elm və təhsildə, səhiyyədə, diplomatiyada, əmək bazarında, idmanda və digər sahələrdə təmin olunması, iqlim dəyişikliyinin gender bərabərliyinə təsiri məsələlərinə toxunulub.
1-ci fəslin 1.3-cü bölümündə həmçinin feminizm barədə də məlumat verilib.
Lakin gender bərabərliyi haqqında əhatəli yazılan bu kitabda bir dəfə də olsun, trans kimliklərin və kuir qadınların məruz qaldığı ayrı-seçkiliklərə yer ayrılmayıb. Bu haqda dərsliyi təhlil edən feminist fəal Gülnara Mehdiyeva öz bloqunda yazıb.
O bildirib ki, kitab ümumilikdə gender məsələlərinə dövlətin binar siyasəti üzərindən yanaşır. Gender dedikdə yalnız ənənəvi cis qadın və cis kişi kimlikləri nəzərdə tutulur.
Dərsliyin feminizmə həsr olunmuş bölümündə feminist hərəkatın 3-cü dalğası cəmi 2 cümlə ilə təsvir olunub və kuir feminist yanaşma görməzdən gəlinib. Mehdiyeva bunu belə şərh edib:
“Sirr deyil ki, feminizmin 3-cü dalğası interseksionallığın meydana çıxması və LGBTQ+ aktivizminin feminizmlə kəsişməsi ilə yadda qalıb. Bu iki sahənin hər biri feminizmin dönüş nöqtələri və yeni çağ aktivizminin ayrılmaz hissələridir. Görünür, Komitə öz fobikliyini ört-basdır etmək üçün sadəcə “müxtəliflik” sözünü istifadə etməklə kifayətlənib və 3-cü dalğanın əsas mövzularına yer verməkdən qəsdli şəkildə yayınıb.”
Dərsliyin tam mətnini bu keçiddən oxumaq mümkündür.
Powered by Froala Editor