Violeta Noy qadın həmrəyliyini 

əks etdirən rəsmlər çəkir.


Həyatımızı əhatə edən, varlığımızı, fərqliliklərimizi  "qüsur" olaraq təqdim edən rəsmlərə qarşı üsyan edirik! Hər şənbə günü biz qadınları və LGBTİ fərdlərini rəsmdə gücləndirən sənətkarlara yer verəcəyik.

"Obraz, bədən və seksuallıq" qalereyasında bu həftə Violeta Noyun işləri yer alıb. Violeta Barselonadandır, əsasən, kitablar üçün illüstrasiyalar çəkir. Əsərlərində  tez-tez qadın həmrəyliyinə yer ayıran Violeta, kəhkəşandan və dərin dənizdən qorxur.