Avroviziya Mahnı Müsabiqəsinin aparıcıları açıqlanıb

2023 Avroviziya Mahnı Müsabiqəsi britaniyalı və ukraynalılardan ibarət olan aparıcı siyahısını açıqlayıb.

BBC builki müsabiqənin rəsmi aparıcıları Julia Sanina, Graham Norton, Hannah Waddingham və Alesha Dixon olacağını açıqladı.

Graham Norton Böyük Finalın aparıcısı olacaq, üç qadın aparıcı isə həm yarımfinal, həm də final şousunu idarə edəcək. 

Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən yarışa ev sahibliyi edə bilmədiyi üçün onların adından Böyük Britaniya tədbirə ev sahibliyi edəcək. 

Eurovision Mahnı Müsabiqəsi 2023-cü ilin mayında Liverpulda keçiriləcək.



Powered by Froala Editor