ABŞ Ali Məhkəməsi trans qadının xeyrinə qərar çıxarıb

ABŞ Ali Məhkəməsi deportasiya ilə mübarizə aparan qvatemalalı trans qadının lehinə qərar verib.

Trans qadın olaraq fiziki zədə və ölüm təhdidləri səbəbindən Qvatemalaya qayıtmaqdan qorxan Estrella Santos-Zacaria ABŞ-a yeniyetmə ikən gəlib, lakin 2008-ci ildə deportasiya edilib. Vaxtının çoxunu Meksikada keçirdikdən sonra o, 2018-ci ildə yenidən ölkəyə girməyə cəhd edib, lakin immiqrasiya rəsmiləri tərəfindən saxlanılıb.

ABŞ-ın 5-ci Dairə Apellyasiya Məhkəməsi onun ABŞ-da qalmaq tələbini rədd edib, lakin Ali Məhkəmə yekdil rəylə bu qərarı ləğv edib və hakimlər Santos-Zakariyaya seçdiyi əvəzliklər və adla müraciət ediblər.

Qərar anti-LGBTQİ+ qanunvericiliyin ölkəni əhatə etdiyi dövrə təsadüf edib və onu diqqətəlayiq bir qərara çevirib. 




Powered by Froala Editor